Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini ilə görüşüb
Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini ilə görüşüb
13:15 14.03.2024
Siyasət
356
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, o cümlədən cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) digər ixtisaslaşmış qurumları ilə olduğu kimi Beynəlxalq Miqrasiya Təşkilatı ilə də sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.
Qarşı tərəf postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma, sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb.
Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Uqoçi Daniels ölkəmizi COP29-a ev sahibliyi münasibətilə təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. Miqrasiya siyasətinin inkişafı, məcburi köçkünlərin öz torpaqlarına qayıdışının təmininə uğurla nail olan ölkəmizin bu məsuliyyətli tədbirin təşkilində də uğur qazanacağına dair inam ifadə olunub, habelə Beynəlxalq Miqrasiya Təşkilatının da öz növbəsində prosesə mümkün dəstəyi göstərməyə hazır olduğu bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm