Ceyhun Bayramov Cənubi Sudandan olan həmkarı ilə görüşüb
16:04 05.07.2023
Siyasət
563
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.
XİN-dən "Sherg.az"a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə mövzusu olub. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün potensial imkanların olduğu görüş zamanı vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən nazir Ceyhun Bayramov sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səyləri, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslərini diqqətə çatdırıb.
Nazir Cənubi Sudanın Qoşulmama Hərəkatına üzvlüyü istiqamətində prosedurların tamamlandığı vurğulanıb və yeni üzvlük münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb.
Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek QH-ya uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm