Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
15:40 05.07.2023
Siyasət
423
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib.
Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.
Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən nazir Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm