Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşdü
14:30 13.06.2025
Siyasət
373
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşanın Bakıya yeni təyin olunmuş səfiri Pavel Radomskini qəbul edib.
Bu barədə Sherg.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Görüş əsnasında Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.
İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımız üçün mövcud potensial və imkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrə əməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanları barədə danışılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövrünün reallıq və inkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilin mart ayında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların yekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığını itirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
19:06 02.07.2026
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz