Ceyhun Bayramov Vaşinqton görüşündən danışıb
Yusif Nəzərli
07:04 10.05.2023
Siyasət
463
"Belə desək, biz bir addım irəli getdik"
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan XİN başçılarının 1-4 mayda Vaşinqtonda keçirilmiş görüşlərini şərh edərkən deyib.
"ABŞ-da baş tutan görüşlərin əsas mənası Sülh müqaviləsi ətrafında aparılan danışıqlardır", - o, bildirib.
"Məlum olduğu kimi Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında idi", - nazir əlavə edib.
Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi bir sıra vacib məsələləri özündə ehtiva edir:
"Biz tam razılaşma barədə təbii ki, danışa bilmərik. Tərəflər arasında kifayət qədər fərqlər də qalmaqdadır. Ancaq bəlli bir maddələr üzrə razılaşma oldu. Belə desək, biz bir addım irəli getdik. Biz prosesə realist yanaşmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region