Özgür Özəllə birlikdə 91 millət vəkilinin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq YENİ Partiyaya keçməsi Türkiyə Böyük Millət Məclisində siyasi qüvvələr nisbətini dəyişib.
Sherg.az xəbər verir ki, yeni bölgüyə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 277 deputatla birinci yerdə qalıb, YENİ Partiya 91 mandatla əsas müxalifət statusunu qazanıb. Ardınca DEM Partiyası (56), MHP (46) və CHP (44) qərarlaşıb. Beləliklə, CHP parlamentdə ikinci yerdən beşinci yerə enib.
Yeni mandat bölgüsünün parlament komissiyalarının, sədr müavinliklərinin və digər rəhbər vəzifələrin yenidən formalaşdırılmasına səbəb olacağı gözlənilir. Məlumata görə, CHP artıq iki deyil, yalnız bir qrup sədr müavini ilə təmsil olunacaq. Həmçinin Kamal Kılıçdaroğlu millət vəkili olmadığı üçün partiyada yeni qrup sədri seçkiləri keçiriləcək. Bu vəzifəyə əsas namizədlərdən biri kimi Faik Öztrak-ın adı çəkilir.