Co Bayden hakimiyyətinin Rusiya və Azərbaycan üçün GÖZLƏNTİLƏRİ
10:20 24.01.2021
Siyasət
1381
"Donald Trampdan fərqli olaraq Co Baydenin insan hüquq və azadlıqlarından çıxış edərək dövlətlərə təsir atacağı addımlar şübhəsizdir. Amma bu vəziyyət öz ölkəsində demokratik üsul idarəsini möhkəmləndirməkdə maraqlı olan, hüququn aliliyini rəhbər tutan dövlətlər üçün narahatlıq doğurmamalıdır. Əksinə həmin dövlətlər ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün bu dönəmi düzgün dəyərləndirməlidirlər".
"Belə ki, bir çox hallarda geosiyasi maraqlar uğrunda mübarizədə beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına ikili yanaşması ABŞ-ın əsl niyyətini gizlətməyə imkan vermir. Deməli, Bayden hakimiyyətinin sələfindən fərqli olaraq dövlətlərə qarşı münasibətində düzəlişlər edəcəyi bütünlükdə ABŞ-ın strateji maraqlarının dəyişəcəyi anlamına gəlməməlidir. Rusiya, Türkiyə, Çin və İranla münasibətlərinə yenidən baxacağı və müəyyən korrektələr edəcəyi bu baxımdan diqqət çəkir. Əsasən də Bayden hakimiyyəti dönəmində Vaşinqtonla Moskva arasında gərginliyin arta biləcəyi ilə bağlı ehtimallar daha çox səsləndirilir. Habelə, Cənubi Qafqazdakı son olayla əlaqəli Rusiyanın geosiyasi mövqelərini möhkəmləndirməsinə, sülhməramlı qüvvələrini burada yerləşdirməsinə ABŞ-ın biganə qalmayacağı aydındır. Düzdür böyük bir dəyişikliyə səbəb olacaq hər hansı addımın atılması müşahidə edilməsə də baş verənlərin beynəlxalq müstəviyə qaldırılmasının mümkünlüyü Kremlin nəzarətinin zəifləməsinə təsirsiz ötüşməyəcək".
R.Hüseynov qeyd edib ki, təsadüfi deyil ki, rəsmi Moskvanın Cənubi Qafqazdakı müharibə sonrası proseslərin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadığını izah etməyə çalışması gözlənilən təsirlərin və sanksiyaların ola biləcəyini göz önünə aldığını göstərir:
"Rusiya anlayır ki, Tramp dövründən fərqli olaraq onu ciddi sınaqlar gözləyir. Məhz ABŞ-dakı inaqurasiya ərəfəsində müxalifət liderinin Moskvaya qayıtması, onun həbsi və əhalinin kütləvi etiraza qalxması təsadüfi görünə bilməz. İlkin mərhələdə bunun Qərbin Rusiyaya təsir vasitəsi olaraq istifadəsi şübhə doğurmur. Azərbaycana gəlincə onu demək olar ki, ABŞ regionda sülhün və təhlükəsizliyin olmasında maraqlıdır. O cümlədən regionun iqtisadi potensialından istifadə və region dövlətlərinin hərbi əməkdaşlığı və NATO-ya inteqrasiyasına önəm verir. Düzdür ABŞ-dakı erməni lobbisinin təzyiqləri Co Baydenin Azərbaycana təzyiqləri artırmasına səbəb olsa da, amma ümumilikdə münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq. Regionun böyük potensiala malik ölkəsi ilə əlaqələri qoruyub saxlamaq fövqəldövlət üçün də zəruridir. Öz növbəsində demokratik idarəetməni, iqtisadi inkişafı prioritet hesab edən, NATO ilə əlaqələri genişləndirməyə çalışan Azərbaycan üçün ABŞ-la münasibətlərin daha da yaxşılaşdırılması maraq doğurur. Əsasən də müasir dönəm üçün hakimiyyətin siyasi iradə nümayiş etdirərək demokratiya və insan hüquqlarını qorunması istiqamətində irəliyə can atması ölkəyə qarşı bu istiqamətdə yönəlmiş bəzi beynəlxalq institutların qərəzli yanaşmasına bəhanə verməməsi üçün vacibdir. O cümlədən ABŞ-la ikitərəfli əlaqələr, hərbi əməkdaşlıq regional güclərin Azərbaycana olan təzyiqlərinin neytrallaşdırması baxımından da əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə