
Conson həqiqətləri dilə gətirir
Yusif Nəzərli
12:56 04.11.2021
Siyasət
1003
“Müharibə zamanı Britaniya Azərbaycanın mövqeyinə yaxın münasibət sərgilədi”
Böyük Britaniyanın Baş naziri Boris Conson Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb. O hazırda Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib. Hökumət başçısı vurğulayıb ki, növbəti ildə Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək:
“Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Cənab Prezident İlham Əliyev, Siz Qoşulmama Hərəkatının sədri kimi, narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermisiniz, Azərbaycan Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynayıb.İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.
Bəs Böyük Britaniya Azərbaycan münasibətləri perspektivdə nələr vəd edir?Bu iki ölkə arasında münasibətlər bundan sonra hansı istiqamətdə davam edəcək?

B.Consonun bəyanatını şərh edən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a açıqlamasında qeyd edib ki, Britaniya Azərbaycanın müstəqilliyinə, onun müstəqil xarici siyasətinə hər zaman açıq şəkildə dəstək verən ölkə olub:
“Təsadüfi deyil ki, hələ Azərbaycan müstəqillik qazandığı ilk dövrdə bura səfər edən məhz Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer olub. Bu digər Avropa ölkələrini Qafqaz ölkələrinin müstəqilliyini tanımağa, onların suverenliyinə hörmət etməyə təşviq etmişdi. Eyni zamanmda bilirsiniz ki, Azərbaycan neft-qaz kəmərinin əsas tutumu Böyük Britaniyanın BP şirkətidir. Məhz BP şirkətinin və ABŞ-ın verdiyi dəstək sayəsində Azərbaycan neft qaz koridorlarının çəkilməsi, əsrin müqaviləsinin imzalanması, Xəzərdə neftin, qazın çıxarılmasına yönəldi. Eyni zamanada biz Qarabağ müharibəsi və ondan öncə Britaniyadan ənənəvi Avropa ölkələrinin mövqeyininn əksinə olaraq qəti ermənipərəst mövqe görmədik. Britaniya daha çox neytral hətta bəzi məqamlarda Azərbaycanın mövqeyinə yaxın münasibət sərgilədi. İqtisadi və siyasi cəhətdən də Böyük Britaniya ilə Azərbaycan arasında xoş bir əməkdaşlıq münasibətləri var. B.Conson da çıxışında həm indiki münasibətləri, həm də indiyədək olan münasibətlərə dair öz fikrini ifadə edib”.
T.Rzayev düşünür ki, Azərbaycan və Britaniya münasibətləridə gələcəkdə daha böyük əməkdaşlıqlar olacaq:
“Təsadüfi deyil ki, B.Conson Böyük Britaniyanın Azərbaycanın həm Əfqanıstandakı sülhməramlı missiyasında, həm də digər missiyalarada yanında olduğunu bildirib. Hazırda Orta Asiyada və Yaxın Şərqdə yeni bir geostrateji durum yaranıb və bu durumda maraqlı dövlətlərdən biri də Böyük Britaniyadır. Aydın məsələdir ki, istər Azərbaycan, istərsə də ona müttəfiq Türkiyə Britaniyanın gələcək planlarımıza dəstək verməsini istəyir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol