
COP29 iştirakşıları müsbət təəssüratlarla qayıdacaq -ŞƏRH
Yusif Nəzərli
06:13 26.11.2024
Siyasət
389
Azərbaycan çox çətin, məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini yekunlaşdırıb. Azərbaycanda keçirilən COP29 tədbirini müsbət dəyərləndirən politoloq Turan Rzayev “Sherg.az"a açıqlamasında bildirb ki, COP29 mahiyyət etibarilə BMT-nin tədbiridir:

“Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin tədbir boyunca ölkəmizə səfər etməsi də təsdiqləyir. Yəni Azərbaycan və ondan öncə bu tədbirin baş tutduğu ölkələr sadəcə ev sahibi idi. COP tədbirinin keçirildiyi ölkələrin üzərinə götürdüyü konkret öhdəliklər var: Birincisi, tədbirin baş tutduğu ölkə ev sahibi statusu daşıyır. Ev sahibi ölkə isə hər şeydən öncə tədbirin keçirilməsi üçün şərait yaratmalı, qonaqları layiqincə qəbul etməli, nəqliyyat və digər texniki məsələləri həll etməlidir.
Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq tədbirə ev sahibliyi edir. Belə hallarda nələrin edilməli olduğu, qonaqlara xidmət keyfiyyəti kimi məsələlərdə Bakının təcrübəsi var. Xüsusilə xidmət keyfiyyətini artıran könüllülərin olması ciddi üstünlük idi.
Rəsmi Bakının bunun öhdəsindən gəldiyini demək olar. Bunu təsdiqləyən ən önəmli fakt isə COP29 üçün ölkəmizə gələn qonaqların yerli, xarici, hətta müxalif media subyektlərinə verdiyi müsahibələrdə dedikləridir. Şəhərin müxtəlif yerlərində qonaqlarla ünsiyyət zamanı da müsbət təəssüratlarını görmək olurdu.
İkincisi, ev sahibi ölkənin ən mühüm vəzifəsi COP29-un yekun sənədini üzv dövlətlər arasında razılaşdırmaq idi. Bu, sadə bir iş kimi görünsə də, asan deyil. Məsələn, ötən il Dubayda keçirilən COP28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu, mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı”.
Politoloqun sözlərinə görə, digər mühüm nailiyyət isə 300 mlrd. dollar maliyyə hədəfinə çatılmasıdır: “Bu məbləğin əldə edilməsi son günə qədər çətin görünürdü. Çünki artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda “insan haqlarından” danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu. Bundan başqa İsveç nümayəndəliyi də ciddi müqavimət göstərirdi. Bütün bunları nəzərə alsaq demək olar ki, Azərbaycan çox çətin, məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldi. Ən önəmlisi isə qarşıdan gələn dövrdə bu məbləğin artırılması üçün zəmin yaradılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual