Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub
Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub
Yusif Sultanoğlu
06:15 08.05.2024
Siyasət
390
Daxau əsir düşərgəsində Azərbaycandan olan əsirlərə həsr olunmuş xatirə lövhəsi açılıb
Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb.
Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.
Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib.
Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kolumbiyada fəlakət rejimi elan edilib
10:58 12.08.2026
Dünya
“Dinamo” “Qarabağ”la oyun üçün Bakıya gəldi
10:50 12.08.2026
Futbol
Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrıldı
10:22 12.08.2026
Gündəm
İlon Mask Böyük Britaniyanı almağın qiymətini soruşub
10:20 12.08.2026
Dünya
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət