Deputat: Artıq ikitərəfli təmaslar, görüşlər başlayıb
Yusif Nəzərli
18:42 20.12.2023
Siyasət
335
İrəvanda separatçıların aktivləşməsi və sülhə mane olması mümkün deyil
Qarabağ separatçılarının tör-töküntüləri İrəvanda “nümayəndəliyin" fəaliyyətini davam etdirirlər. Hətta “nümayənədlik”də təxribatçı açıqlamalar verir, toplantılar keçirirlər. Hədəflərində sadəcə rəsmi Bakı yox, həm də İrəvan hökuməti var. Məlumdur ki, Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvar ayının əvvəlində qapatmağı planlaşdırır. Ancaq radikal müxalifət "Qarabağ klanı" ilə birgə buna mane olmağa çalışır. Separatçıları himayə edənlər İrəvanda ciddi qarşıdurma da yaratmaq istəyirlər. Bəzi ekspertlərə görə, separatçıların varlığını sürdürməsi Azərbaycanla danışıqlara mənfi təsir göstərə bilər. Lakin bunun əksini düşünənlərin sayı daha çoxdur.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a bildirib ki, separatçıların aktivləşməsi və sülhə mane olması mümkün deyil. Deputat vurğulayıb ki, artıq bu məsələ tamamilə bitib:
"Bəzi qüvvələr, radikal qruplaşmalar Ermənistan daxilində müəyyən süni gərginlik, qarşıdurma yaradılmasına çalışa bilərlər. Suyu bulandıra bilərlər. Amma separatizm kimi hansısa ciddi prosesə yenidən başlamaq, Azərbaycana qarşı addımlar atmaq mümkünsüzdür. Əslində Baş nazir Nikol Paşinyanın son açıqlamasında da bu məsələyə toxunuldu. Baş nazir də qeyd etdi ki, Qarabağdakı rejimə ayrılmış pullar Ermənistanın dirçəldilməsinə sərf edilsəydi, daha yaxşı olardı, ölkə inkişaf edərdi. Amma bunu etmədikləri üçün çox ağır duruma düşüblər. Göründüyü kimi, artıq Bakı ilə ikitərəfli təmaslara, görüşlərə başlayıblar. Bu, davam edəcək. Ara-sıra müəyyən açıqlamalar, bəyanatlar olsa da, perspektivi olmayacaq. Artıq sülh sazişi və digər məsələlər konkret müzakirə olunmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region