Diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər AÇIQLANDI
10:08 09.12.2024
Siyasət
397
Diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər açıqlanıb.
Sherg.az xəbər verir ki , bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ var.
Diplomatik xidmətə aşağıdakı şəxslər qəbul olunmurlar:
- ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
- din xadimləri;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər;
- dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya