“Son iki müharibə təhlükəsizlik baxımından İranın üzərinə kölgə salıb”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Əhməd Ənarki yerli mediaya deyib.
Deputat bildirib ki, münaqişənin davam etməsi səbəbindən ölkə nə savaş, nə də sülh vəziyyətindədir, bu da durumu bir qədər də çətinləşdirir.
“Bu səbəbdən son bir neçə ay ərzində ölkənin təhlükəsizliyi, kəşfiyyatı və müdafiəsi baxımından ən mühüm qurumlar hesab olunan Kəşfiyyat və Müdafiə nazirlikləri rəhbər əvəzediciləri tərəfindən idarə olunur. Hələ də nə kəşfiyyat, nə də müdafiə nazirimiz var. Etiraf etməliyik ki, ölkənin üzərindən müharibə kölgəsi çəkilməyib”, - Ənarki vurğulayıb.