“Əl Cəzirə” qəzeti prezident seçkilərindən yazıb
“Əl Cəzirə” qəzeti prezident seçkilərindən yazıb
09:31 05.02.2024
Siyasət
414
Ər-Riyadda nəşr olunan “Əl Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məqaləsi dərc olunub.
Sherg.az Secki-2024.az saytı xəbər verir ki, məqalədə prezident seçkilərinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm hadisələrdən sonra təşkil edildiyi vurğulanır.
Müəllif yazır ki, prezident seçkilərində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərinə hazırlıqla bağlı səfirliklərə plan təqdim edib və ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənarda yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarının olduğu seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Məqalənin sonunda vurğulanıb: “Prezident seçkiləri Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyi şəraitdə keçiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə