Əli Əsədov: “Azərbaycan Ermənistan ilə sülhə hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək”
Yusif Nəzərli
10:01 28.10.2022
Siyasət
368
"Azərbaycan Ermənistan ilə əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək".
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ittihamlarına cavab olaraq deyib.
Ə.Əsədov bildirib ki, Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib.
"Azərbaycan öz torpaqlarını işğaldan azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib. Bundan irəli gələrək , biz bu gün konstruktivizm çərçivəsində gündəlikdə duran məsələlər haqqında danışmağa çalışdıq. Lakin Ermənistan Baş nazirinin müavini tərəfindən ölkəmlə bağlı faktların qərəzli və kobud şəkildə təhrif edilməsi məni yenidən söz almağa məcbur etdi”, - Baş nazir bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm