Ərdoğan Azərbaycan Ali Məhkəməsinin sədrini qəbul edib
17:43 06.07.2023
Siyasət
418
2023-cü il iyulun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası Ali Məhkəməsindən "Report"a verilən məlumata görə, qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib və onun rəhbərliyi ilə Türkiyənin bundan sonra da hərtərəfli inkişafa nail olacağına əminliyini ifadə edib.
Görüşdə Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız üçün güvənc mənbəyi olduğunu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsindəki münasibətlər bu gün uğurla inkişaf edir və bundan sonra mövcud əməkdaşlıq daha da möhkəmlənəcək.
Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdıraraq, Ali Məhkəmənin sədri və kollektivinə fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə