Ərdoğan Özələ səsləndi: Əgər cəsarətin varsa…
Yusif Nəzərli
19:07 22.03.2025
Siyasət
372
CHP yayılan çirkinliyə cavab verə bilməz. Cənab Özəl, indi kimin kürəyindən bıçaqlayacaqsan?.
Axar.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul Təşkilatının iftarındakı çıxışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı danışarkən deyib.
Ərdoğan bu sözlərlə Kamal Kılıçdaroğlunun “Arxamdan bıçaqlandım” sözlərini xatırladıb.
“Sayın Özəl, nədən qorxursunuz? Nədən çəkinirsiniz? Bu təlaş, bu panika, bu aqressiya niyə? Dünənə qədər deyirdiniz ki, heç bir şübhə yoxdur. Nə oldu ki, birdən ətəkləriniz alovlandı? Nə oldu ki, dizləriniz titrəməyə başladı? İndi kimin kürəyindən bıçaqlayacaqsınız?
Ortaya tökülən bu çirkab təkcə bizi və millətimizi deyil, CHP daxilindəki vicdanlı insanları da narahat edir. CHP-yə çökən bir ovuc acgöz adamın yüzillik partiyanı barmağında oynatması CHP-ni Qazinin (Atatürkün) partiyası sayan vətəndaşları da narahat edir. “İSKİ (İstanbul Su-Kanal İdarəsi – red.) qalmaqalı”ndan 32 il sonra yenə eyni hadisələrin şahidi olmaqdan usanmırlar”, - Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanunun aliliyinin hökm sürdüyü müstəqil bir ölkədir:
“Cəsarətiniz varsa, qoy demokratiya və qanun işləsin. Əgər cəsarətiniz varsa, qoy məhkəmələr heç bir təzyiq altında qalmadan türk milləti adına qərar versinlər. Ağ-qara, günahsız və günahkar qanunla üzə çıxsın. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil. Türkiyədə cinayət törətmək azadlığına malik olan imtiyazlı bir azlıq yoxdur və heç vaxt da olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm