Ərdoğanın “Qırmızı xətt” bəyanatı HƏDƏFƏ DƏYİB !- “Putin mesajını alıb”
Banuçiçək Kalbalıyeva
09:39 30.10.2020
Siyasət
889
“Ona görə də, Rusiya prezidenti açıqlama verib ki, yeddi rayon qaytarılmalıdır”
“O, həm də Türkiyənin iştirakı olmadan danışıqların mümkünsüz olduğunu deyib”
“Rəsmi Moskvanın indi belə bir açıqlama verməsi kompromisə getməyə hazır olduğunun göstəricisidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin ötənlərdə baş tutan iclasında Dağlıq Qarabağ müharibəsindən danışıb. Qardaş ölkə lideri qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Bu işğaldan 30 il keçib:
“Buna rəğmən ATƏT-in Minsk qrupu həmsədrləri deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.
R.T. Ərdoğan Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:
“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, göz yaşına baxmarıq. Azərbaycanlı qardaşlarım itirilmiş torpaqlarının çox hissəsini geri aldılar. İnanıram ki, hamısını tezliklə geri alacaq. Buradakı qardaşlarımın yanında olmuşuq və olmağa da davam edəcəyik”.
Ərdoğanın bu bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putin açıqlama verib. O, Türkiyəni tərəf kimi qəbul etdiyini söyləyib: “Qarabağla bağlı danışıqlarda Türkiyə də daxil olmaqla, bir çox ölkə yer almalıdır”, - deyə Rusiya prezidenti bildirib.
Elə isə “Qırmızı xətt”in sirri nədən ibarətdir? Ərdoğan bununla nə demək istəyirdi?
Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Türkiyə prezidenti, bu sözü ilə, çox güman ki, hansısa xarici qüvvələrin münaqişəyə müdaxiləsini nəzərdə tuturdu. Çünki o, bu barədə xəbərdarlığını ən başından etmişdi.
Üçüncü tərəf olarsa, onunla heç bir əməkdaşlığa məhəl qoymadan məsələnin həllində sözünü deyəcəyini vurğulamışdı. Əslində Ərdoğanın indiki məqamda belə bir fikir səsləndirməsi təsadüfi deyil.
Birincisi, Ermənistana silah daşınmasında fəallıq hiss edilir, daha iri kalibrli silahlar işğalçı tərəfə verilir. Bu prosesin yaxın gələcəkdə daha da artacağını güman etmək olar.
Yəni indiyədək Azərbaycanın qarşısını kəsə bilməyən Fransa və Rusiya daha radikal addımlar ata bilərlər. İkinci bir tərəfdən, bu yaxınlarda Belçikadan rus təyyarəsi ilə Ermənistana karqo göndərilib. Həmin yüklərin nədən ibarət olduğunu təxmin etmək çətin deyil. Ərdoğan, böyük ehtimalla, məhz bunları nəzərdə tuturdu”.
T.Rzayevin sözlərinə görə, Ərdoğanın bəyanatı hədəfə dəyib:
“Qırmızı xətt” həm də Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə bağlı ola bilər. 5 rayon onsuz da qeyd-şərtsiz bizə qaytarılmalı, sonradan isə ikisi boşaldılmalı idi.
Amma Putin bu günlərdə açıqlama verib ki, yeddi rayon qaytarılmalıdır. O, həm də Türkiyənin iştirakı olmadan danışıqların mümkünsüz olduğunu deyib. Əvvəllər dörd tərəfli görüşə hazır olmayan rəsmi Moskvanın indi belə bir açıqlama verməsi kompromisə getməyə hazır olduğunun göstəricisidir.
Görünür, Rusiya prezidenti türkiyəli həmkarının mesajını alıb və “Qırmızı xətt”ə hörmətlə yanaşmağı qərar alıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə