Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir? - AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
08:43 11.06.2020
Siyasət
842
“Erməni separatçıları İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi” keçirdilər. Separatçıların yeni “prezidenti” ikinci mərhələdə “təyinatlar” həyata keçirdi. Separatçılar hazırda növbəti mərhələyə keçiblər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, söhbət separatçıların reallaşdırmağa çalışdığı “yol xəritəsindən” gedir. İlk olaraq yunanlardan başlayıblar:
“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac var. Məsələ burasındadır ki, Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyan iyunun 10-da açıqlama verərək Kipr Respublikası ailə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqlarını bildirib. Bu qeyri-rəsmi klub deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər. Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur. Əslində erməni separatçılarıyla adı çəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər. İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var”.
E.Şahinoğlu bildirib ki, Yunanıstanla Türkiyə arasındakı münasibətlər son zamanlar gərginləşib:
“Görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir. Rəsmi Afina istəsə Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir. Erməni separatçıları məqsədlərini gizlətmirlər. Onlar yunanlarla yaratdıqları klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır. Azərbaycan bu əlaqələri görməzlikdən gələ bilməz. Əks halda erməni separatçılarının formalaşdırdıqları “dostluq” qruplarının sayı artacaq”.
Politoloqon sözlərinə görə, separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar:
“Tərtib etdikləri “yol xəritəsinin” əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir. Əlbəttə, hazırki pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb. Separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələ ki, bu onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər. Bu baxımdan Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyatı yoxdur. Əgər belə bir cavab verərlərsə, bu erməni separatçılarına tərs şillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya