"Onlar 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd addımlar atırlar. Ermənistanın xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri belə nümunələrdəndir. Bu, qəbuledilməz və yolverilməz hal kimi təkcə üçtərəfli Bəyanata deyil, həm də beynəlxalq hüquq normalarına ziddir”.
Ermənistan 44 günlük müharibədən dərs almalıdır
07:59 07.01.2021
Siyasət
629
Yerevanın son davranışları təhlükəsizliyə aşkar təhdid yaradır
"Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir. Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır". Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib. Azərbaycanın güclü imkanlara malik dövlət olduğunu bildirən H.Kılıç deyib:
“Ermənistan hakimiyyəti avantüradan uzaq dayanmalıdır. Anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə işğalçıya heç bir güzəşt etməyəcək. Erməni rəsmi dairələrinin bəzi addımları, o cümlədən Xarici işlər naziri Ara Ayvazyanın Azərbaycan sərhədini qanunsuz keçməsi hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması istiqamətindəki səylərə qətiyyən uyğun gəlmir”. O əminliklə bildirib ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bundan sonrakı dövrdə proseslərə daha məsuliyyətlə yanaşacaq və erməni tərəfinin siyasi-hərbi təxribatları ilə bağlı ciddi ölçü götürəcəklər.
Politoloq Nurlan Qələndərli "Şərq"ə mövzunu şərh edərkən vurğulayıb ki, 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə başa çatması, məğlubiyyətə uğramış Ermənistanın isə kapitulyasiya aktına imza atması işğalçı ölkədə və ermənipərəst dairələrdə ciddi narahatlıq yaradıb. Siyasi-şərhçi qeyd edib ki, bunun fonunda həmin qüvvələr həm informasiya cəbhəsində, həm də siyasi müstəvidə yeni təxribatlar törətməyə çalışır:
"Onlar 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd addımlar atırlar. Ermənistanın xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri belə nümunələrdəndir. Bu, qəbuledilməz və yolverilməz hal kimi təkcə üçtərəfli Bəyanata deyil, həm də beynəlxalq hüquq normalarına ziddir”.
Politoloqun sözlərinə görə, üçtərəfli bəyanat Ermənistan hökumətinin üzərinə konkret öhdəliklər qoyub:
“Lakin Ermənistanın baş nazirinin imzaladığı məlum bəyanatın tələblərinin pozulmasına yönəlik bu ölkənin hökumət üzvləri tərəfindən addımlar atılır ki, bu da real siyasi təxribatdır. Bu yalnız bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir, həmçinin təhlükəsizliyə aşkar təhdid yaradır”.
N.Qələndərli əlavə edib ki, qalib Azərbaycan yeni reallıqlar yaradıb:
"Həm Ermənistan, həm də ermənipərəst dairələr bu gerçəkliklə barışmalıdırlar. Və Azərbaycanın hərbi-siyasi qüdrətini nümayiş etdirən 44 günlük müharibə Ermənistana ciddi dərs olmalıdır. Onlar bu məğlubiyyətdən və bütövlükdə, müharibənin nəticələrindən dərs çıxarmalı, təxribatçı, terrorçu əməllərdən vaz keçməlidirlər. Əks halda, daha ağır sonuclarla qarşılaşa bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm