Ermənistan Azərbaycana təzyiqin artacağını gözləyir - Elxan Şahinoğlu
Yusif Nəzərli
13:12 27.07.2023
Siyasət
784
Ermənistan 19 yük maşını həcmində “humanitar yardım”ı “Laçın” sərhəd-buraxılış məntəqəsinin önünə göndərdikdən sonra anlayıb ki, Azərbaycanla razılıq əldə etmək lazım idi.
Erməni rəsmisi Vardan Sərkisyan mediaya açıqlamasında “yüklərin” keçməsi üçün Azərbaycana və Rusiya sülhməramlılarına müraciət edildiyini bildirib:
“Müvafiq kanallar vasitəsilə Azərbaycan tərəfinə və Rusiya sülhməramlılarına müraciət etmişik, lakin hələlik cavab almamışıq. Proses müəyyən anlayış, səbirli yanaşma və müəyyən addımlar ardıcıllığı tələb edir. Hazırda heç bir cavab almamışıq, gözləyirik”.
Ermənistan Baş naziri Nikol Paşinyan isə hökumətin iclasında qeyd edib ki, Rusiya sülhməramlılarının və Bakının müsbət reaksiyasını gözləyir.
Ermənistandan Qarabağa göndərilən yüklər saatlardır sərhədə yaxın ərazidə qaldığını söyləyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, onlar yüklər günlərlə sərhəddə ilişib qalsa böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacağını və rəsmi Bakının yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacağını düşünürlər:
“Bir sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb. Çünki onlar haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər. Burada bizim də günahımız var, haqlı olduğumuzu beynəlxalq aləmə ya izah edə bilmədik, ya da passiv olduq. Ermənilərsə həmişə kimi Azərbaycana qarşı var gücləriylə təxribat maşınını işə salıblar. Bütün hallarda iki yolları var. Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz.Ona görə ki, məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. Ancaq radikal erməni qüvvələri hesab edirlər ki, yüklər Ağdam ərazisindən çatdırılsa, bu İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək və Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol