“Ermənistan cəmiyyətinin təməlində cinayətkarlıq dayanıb”
Fidan Həmişəyeva
12:23 30.06.2020
Siyasət
834
“Belə məqamda Ermənistan hakimiyyətinin demokratiyadan danışmağa mənəvi haqqı yoxdur”
“Sarkisyandan əvvəl Köçəryan hakimiyyətə necə gəlmişdisə, Paşinyan da həmin çevriliş yolu ilə hakimiyyətə gəlib”
Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası müəyyən iddiallarla çıxış edir. Bildirilir ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir.
Amma pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar göz qabağındadır. Bu sahədə Ermənistanda olduqca acınacaqlı durum hökm sürür.
Ermənistanla Azərbaycanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasında fərqlər aydın şəkildə görünür.
Vəziyyəti dəyərləndirən millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Ermənistandakı durumla bağlı söylədikləri gerçəklikləri olduğu kimi əks etdirir. Deputat qeyd edib ki, hansı idealogiyanın və partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistan cəmiyyətinin təməlində cinayətkarlar dayanıb:
“Bu çarizm dövründə də belə olub. Daşnak Ermənistanda və sovet dövründə, indiki Ermənistanda da həmin ənənə davam edir. Hələ çarizm sənədlərində yazılırdı ki, erməni cəmiyyətinin hazırladığı bir tip var. Bu terrorçudur, təhdid edən tipdir. 1991-ci ildən sonra Ermənistanda hakimiyyətə kim gəlibsə, hamısı cinayətkar olub. Erməni cəmiyyətinin nüvəsində cinayətkarlıq, korrupsiya və rüşvət dayanır. Ermənistandakı terror hadisəsi, ayrı-ayrı şəxslərin bir-birinə qarşı törətdiyi hərəkətlərin hamısı erməni cəmiyyətinin mahiyyətini açır”.
M.Qasımlı bildirib ki, koronavirus pandemiyası ilə bağlı Ermənistanla Azərbaycanı müqayisə etmək düzgün olmazdı. Azərbaycan hakimiyyəti həm vətəndaşların sağlamlığını qorumaqdan ötrü addımlar atır, həm sosial layihələri həyata keçirdi:
“Heydər Əliyev fondu tərəfindən ərzaq yardımları edildi. Böhranlı vəziyyətdə yeni fabrik və zavodlar açıldı, xəstəxanalar istifadəyə verildi. Bunlarla yanaşı cənab Prezidentin sərəncamı ilə ayrı-ayrı rayonların təbii qaz və su ilə təmin edilməsi, asfalt yolların çəkilməsinə dair vəsaitlər ayrıldı. Belə məqamda Ermənistan hakimiyyətinin demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. Çünki Sarkisyandan əvvəl Köçəryan hakimiyyətə necə gəlmişdisə, Paşinyan da həmin çevriliş yolu ilə hakimiyyətə gəlib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region