Ermənistan KTMT-nin növbədənkənar iclasını çığırır
Ermənistan KTMT-nin növbədənkənar iclasını çığırır
Yusif Nəzərli
14:55 26.10.2022
Siyasət
427
İrəvan Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib və onun yaxın vaxtlarda keçiriləcəyini gözləyir.
Bunu çərşənbə günü parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bildiyiniz kimi, biz KTMT-yə müraciət etmişik və KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında da qərar qəbul edilib. Nəticədə təşkilatın ekspertlər qrupu Ermənistana gəlib və vəziyyəti yerində müşahidə edib. Yaxın vaxtlarda biz bu hesabatı müzakirə etmək üçün KTMT Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq”, - deyə baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan KTMT-dən “baş verənlərə aydın siyasi qiymət verməsini” gözləyir.
“Bu, təkcə Ermənistan hakimiyyətinin deyil, bütün erməni xalqının gözləntisidir”, - deyə o əlavə edib.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya