Ermənistan Minsk qrupuna “nəfəs” vermək istəyir! - Təzyiq var!
Yusif Nəzərli
13:35 14.04.2023
Siyasət
729
"Ermənistan ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək istəyir. Çünki Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ, Fransa arasında özünü təhlükəsiz hiss edir".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın ATƏT-nın sədri ilə görüşünü şərh edərdən politoloq Turab Rzayev deyib.
Siyasi şərhçi bildirib ki, hazırda Paşinyana qarşı Rusiyadan təzyiq var:
"Ermənistan xarici işlər naziri Vaşinqtonda idi. Görüşü məcburi yarıda saxlayıb geri döndü, Rusiyanın təyziqi ilə Moskvaya yollandı. Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istədi.
Paşinyan "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan gedir" demişdi. Zaxarova da "Ermənistanın öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir" deyə cavablamışdı.
Bundan sonra Ermənistan XİN açıqlamasında KTMT təlimlərinin keçirilməsinə etiraz etmədiklərini söylədi. Paşinyan beynəlxalq aləmdə tərəfdar toplamağa çalışır. ABŞ, Fransa və digər Avropa ölkələri ilə münasibətləri qabardaraq Rusiyanın təzyiqinə əks-reaksiya verməyə səy göstərir".
Qeyd edək ki, aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət