“Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir”
Fidan Həmişəyeva
13:42 23.07.2021
Siyasət
772
“Təbii ki, eyni təzminat xarici şirkətlər tərəfindən də ödənilməlidir”
“Ölkəmizin xəbərdarlıqlarına baxmayaraq, onlar beynəlxalq qanunları pozaraq təbii sərvətlərdən istifadə ediblər”
“Bunun üçün də mütləq məsuliyyət daşımalıdılar. Əks halda məhkəməyə müraciət etməkdən başqa yolumuz yoxdur”
Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən ölkə başçısı deyib:
“Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov “Sherg.az”a bildirib ki, 30 il ərzində işğal altında olan torpaqlarımızdakı təbii sərvətlərimiz Ermənistan və bir sıra xarici şirkətlər tərəfindən qanunsuz olaraq istismar edilib:
“Hər kəsə məlumdur ki, həmin illərdə Azərbaycanın ərazi bütövlüyü Qarabağla əlaqədar olaraq pozulmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə həmin bölgələrə səfər etməklə xaricilərin qanunsuzluğa yol verdiklərinə dair xəbərdarlıqlar edirdi. Təbii sərvətlərin istismarının yolverilməzliyi dövlətimiz tərəfindən daim olaraq qeyd edilirdi. Bunlara baxmayaraq, bəzi xarici şirkətlər hansılar ki, əsas hədəfləri maliyyə imkanlarını genişləndirmək idi, onlar beynəlxalq hüququ pozaraq qızıl və digər sərvətlərimizi istismar edirdilər. Torpaqlarımız azad ediləndən sonra Ermənistana da təzminatların ödənilməsi barədə rəsmi şəkildə məlumat verdik. Ermənistan Respublikası gələcəkdə Azərbaycana vurulmuş mənəvi ziyan, tarixi abidələrimizin məhvi, həmçinin ekoloji və digər zərərlərə görə təzminat ödəməlidir. Təbii ki, eyni təzminat xarici şirkətlər tərəfindən də ödənilməlidir. Ölkəmizin xəbərdarlıqlarına baxmayaraq, onlar beynəlxalq qanunları pozaraq təbii sərvətlərdən istifadə ediblər. Bunun üçün də mütləq məsuliyyət daşımalıdılar. Əks halda məhkəməyə müraciət etməkdən başqa yolumuz yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol