Ermənistan və Suriya dostluğu devrildi - ŞƏRH
Yusif Nəzərli
00:43 12.12.2024
Siyasət
440
Suriyada 53 illik Bəşər Əsəd rejiminin devrilməsi yalnız bu ölkənin deyil, Yaxın Şərq regionunun geosiyasi landştaında köklü dəyişikliklər yaradıb.
Bu səbəbdən Suriyada hakimiyyətin qəfil dəyişikliyi, Bəşər Əsədin ailəsi ilə birgə qaçışı, Suriya ordusunun sürətlə dağılması kimi mövzular dünya mediasının da diqqət mərkəzindədir. Siyasətçilər və ekspertlər baş verənlərin səbəblərinə dair müxtəlif versiyalar irəli sürür və Suriyanın gələcəyi ilə bağlı proqnozlar verirlər. Qeyd edilir ki, Əsəd rejiminin süqutundan ən çox zərər çəkən tərəflər İran və Rusiyadır. Lakin Suriyadakı avtoritar rejimin Ermənistanla illərdir qurduğu yaxın əlaqələrin və ortaq maraqlarının ifşa olunması da xüsusi diqqətə alınmalıdır.
Belə ki, Bəşər Əsəd rejimi tarix boyu ermənipərəst mövqeyi ilə seçilib. Rejim, Ermənistanın maraqlarını bəzən beynəlxalq müstəvidə təmsil etməklə yanaşı, Azərbaycana qarşı da qəti səkildə çıxış etməkdan çəkinməmişdi. Məsələn, Kəşmir məsələsində Suriya rejimi Pakistanın deyil, Hindistanın maraqlarını dəstəkləmişdi.
Həmçinin 2020-ci ildəki 44 günlük Qarabağ müharibəsi zamanı Bəşər Əsəd Azərbaycanı “Suriyadan döyüşçülər gətirməkdə” ittiham etdi. Bu yalanlar az sonra faş edilsə də, Ermənistanı dəstəkləyən təbliğat kampaniyasını gücləndirməyə yönəlmişdi.
Şübhəsiz ki, Suriyada erməni hərbi kontingentinin Hələbə göndərilməsi və bu missiyanın rəsmən “minatəmizləmə əməliyyatı” kimi qələmə verilərək legitimləşdirilməsinin arxasında reallıqda Əsəd rejiminə hərbi dəstək dayanırdı. Ermənistanın Suriyada hərbi kontingenti, Suriya ordusunun konkret fəaliyyətlərinə yardımçı olur, rejimin dəstəklənməsi üçün mühüm rol oynayırdı.
Siyasi şərhçi Azər Niftiyev “Sherg.az”a açıqlamasında deyib ki, Bəşər Əsədin devrilməsi ilə Ermənistan hakimiyyəti daha bir müttəfiqini itirmiş oldu. Onun sözlərinə görə, İrəvan-Dəməşq təmasları Paşinyanın iqtidara gəlişi ilə daha da yüksəldi və strateji əməkdaşlıq səviyyəsinə çatdı:
“Baxmayaraq ki, Qərb Əsədi legitim prezident olaraq tanımırdı və ona qarşı mübarizə aparırdı, okeanın o tayından və "Qoca qitə"dən dəstək alaraq iqtidara sahiblənən Paşinyan Əsədlə münasibətləri hər zaman yüksək səviyyədə saxlayırdı. Müntəzəm olaraq suriyalı həmkarını təbrik edir, qarşılıqlı və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayır və ona xüsusi etimadını ifadə edirdi.
Müharibə cinayətkarı, Qarabağ müharibəsi zamanı çoxsaylı qətliamlar törətmiş qatı terrorçu Nubar Ozhanyanın Əsəd əleyhdarlarına qarşı döyüşməsi və Raqqa döyüşü zamanı öldürülməsi də bu xüsusda təsadüfi deyil. Terrorçu cinayətkarın adını daşıyan Nubar Ozhanyan terror qruplaşması Dəməşq və İrəvanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi”.
Ekspertin sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi isə Ermənistanın və erməni döyüşçülərin Suriya rejiminə dəstəyini kordinasiya etmək və daha da artırmaq idi: “Ermənistan hərbçiləri minatəmizləmə, humanitar dəstək adı altında Suriyada xidmətdədir və onlar uzun müddətdir ki, Əsəd rejiminin qorunması üçün mübarizə aparırlar. Onların Hələbdəki fəallığı xüsusi qeyd oluna bilər. Ermənistan İran vasitəsilə Suriyaya hərbi yardımlar edir və hərbi texnikalar göndərir. Əsəd rejimi İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyib və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın əleyhinə fəaliyyət göstərib.
Göründüyü kimi, rəsmi İrəvan daha bir strateji müttəfiqini itirib və Əsədin devrilməsi ilə Ermənistan və Suriya arasındakı yüksək münasibətlər dövrü tarixə qovuşub. Türkiyənin Suriyadakı rolu və xarabalığa çevrilmiş bu ölkənin yenidən dirçəldilməsinə verəcəyi töhfələr, Azərbaycanın da Türkiyənin yanında yer alması, bu prosesdə gözlənilən humanitar dəstəyi Paşinyan rejimi üçün öldürücü zərbədir. O səbəbdən ki, əhalisi səfil durumda yaşayan rəsmi İrəvan Suriyaya xeyli yardımlar edərək, Əsəd rejiminin qorunmasına çalışsa da, buna nail ola bilmədi. Qazananlar isə bu dəfə də düzgün geosiyasət yürüdən Azərbaycan və Türkiyə dövlətləri oldular”.
Suriyadakı hadisələrə gəldikdə isə A.Niftiyev qeyd edib ki, Bəşər Əsəd ordu da daxil olmaqla daxildə bütün etimadı itirmişdi və bu şəkildə uzun müddət hakimiyyətdə qala bilməzdi.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə
“Terrorçusuz Türkiyə” Təqib Şurası ilk iclasını keçirir
09:51 24.08.2026
Gündəm