Ermənistanda Rusiyanın ikinci hərbi bazası... ! - “Bu, Kremlin diktəsidir”
Banuçiçək Kalbalıyeva
13:44 23.12.2020
Siyasət
728
“Hər halda ikinci hərbi bazanın yaradılması realdır”
“Azərbaycan buna və baş verə biləcək növbəti təxribatlara hazır olmalıdır”
Ermənistanda müxalif düşərgənin təmsilçisi hesab olunan “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində növbəti iddia ilə çıxış edib. O, qeyd edib ki, Rusiya Federasiyası ilə yeni bir təhlükəsizlik müqaviləsi imzalanmalıdır. Müqaviləyə ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində yerləşdiriləcək ikinci hərbi bazanın yaradılması ilə bağlı bənd daxil edilməlidir:
“Yeni müqavilədə Sünik bölgəsinin təhlükəsizliyi xüsusi yer tutmalıdır. Bu baxımdan Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsi ilə əlaqədar təcili danışıqlara başlamağı vacib hesab edirik. Hərbi baza bir tərəfdən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin təsirli, dinamik fəaliyyətinə dayaq, digər tərəfdən bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin qarantı olacaq”.
Marukyan qeyd edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təcrübəsi bu təhlükəsizlik mexanizminin effektivliyinin təminatıdır. Onilliklər boyu bu baza Ermənistan-Türkiyə sərhədinin toxunulmazlığını təmin edib:
“Ermənistanla Rusiya arasındakı yeni müqavilənin potensialını tarixi hadisə kimi qiymətləndiririk. Belə bir sənəd xalqlarımızın çoxəsrlik dostluğunu, ortaq dəyərlərin qorunmasını nümayiş etdirir”.
Hazırda Ermənistanın Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya əsasən 102-ci Rusiya hərbi bazası yerləşdirilib ki, bu da Ermənistan-Türkiyə dövlət sərhədinin təhlükəsizliyini təmin edir.
“Ağ Partiya”nın sədr müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışarkən səslənən iddiada Rusiyanın “barmağı olduğunu” bildirib:
“Ermənistan rəsmi olmasa da, de-fakto Rusiyanın muxtar vilayətidir. Rəsmi İrəvan Kremlin “ovucunun içindədir”. Moskva Qarabağdakı mövqelərini itirsə də, Ermənistanı tamamilə özünə tabe etdi.
Ola bilsin, daxildəki ruspərəst müxalifət Putinə xoş gəlmək üçün bunu deyib. Məqsəd isə aydındır: Paşinyanın devrilməsi. Və ya, bəlkə də, sözügedən ideya Kremlin birbaşa diktəsidir.
Hər halda ikinci hərbi bazanın yaradılması realdır. Azərbaycan buna və baş verə biləcək növbəti təxribatlara hazır olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya