Ermənistanın məqsədli təxribatları - Gərginliyin qalmasında israrlıdır
Yusif Nəzərli
11:28 12.11.2022
Siyasət
463
Ermənistan ordusunda Rusiyaya bağlı olan generalitet təxribatları qəsdən və məqsədli şəkildə törədirlər
Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb. Düşmənin silahlı qüvvələri sərhəddə, Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Bununla yanaşı, rus sülhməramlılarının "nəzarətində" olan qeyri-qanuni erməni silahlıları da Xocavənd istiqamətində yerləşən mövqelərimizi atəşə məruz qoyublar. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bir sıra ekspertlərin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın "hərbsizləşdirilmiş zona" təklifinin gündəmə gətirdiyi günlərdə erməni silahlılarının təxribat törətməsi heç də təsadüf deyil. İrəvan hökumətinin öz havadarlarından yeni təlimat alaraq təxribatlara əl atdığı ehtimal olunur.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə bildirib ki, Ermənistanın açıq şəkildə təxribata getməsi göstərir ki, İrəvan gərginliyin qalmasında və sülh prosesinin irəliyə doğru getməməsində maraqlı və israrlıdır. Analitik xatırladıb ki, noyabrın 23-də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin keçirilməsi nəzərdə tutulur: "Rusiya dövlət başçısı Putinin də İrəvana səfər edəcəyi və sammitdə iştirakı planlaşdırılır. Görünür, belə məqamda Ermənistanın hərbi-siyasi rəhbərliyi, ələlxüsus Rusiyaya bağlı qüvvələr sammit öncəsi tərəflər arasında vəziyyəti gərgin saxlamaqla prosesi danışıqlar məcrasından çıxartmağa çalışırlar. Rusiya "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi torpaqlarımızda növbəti təxribatın baş verməsi Moskvanın da burada əlinin olduğuna dəlalət edir. Ən azı ondan xəbər verir ki, Kreml məlumatlı olub və erməni terrorçularının təxribatının qarşısını bilərəkdən almayıb, göz yumub. Paşinyan "hərbsizləşdirilmiş zona"lardan danışdığı halda Ermənistan tərəfi özü buna əməl etmir. Belə çıxır ki, ermənilər hətta "hərbisizləşdirilmiş zona"lar olsa belə silahlı təxribatlarını davam etdirəcəklər. Reallıq odur ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanan günədək ermənilərin pozucu hərəkətlərinin şahidi olacağıq. Şübhə yox ki, Ermənistan ordusunda Rusiyaya bağlı olan generalitet təxribatları qəsdən və məqsədli şəkildə törədirlər. Məqsədləri də bizə aydındır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə