Ətrafında çevrə gün-gündən darılır: Paşinyan artıq Qarabağı Ermənistan üçün itirilmiş hesab edir
Turan
10:38 25.10.2020
Siyasət
799
"Bir-birindən sərsəm son açıqlamarı və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixolojik problemləri var".
Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bəyan edib ki, ordusu hər gün məğlubiyyətlərə uğrayan Ermənistan rəhbəri indiki kritik vəziyyətdə ağıllı qərarlar verib, mənasız müharibəni dayandırmaq və işğalçılığa son qoymaq əvəzinə, əksinə, daha da inadkarlıq göstərir, bir-birindən isterik qərarlar verir:
"Ermənistan ordusunun onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır. Paşinyan komromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sonuncu paylaşımı da bütün bu fikirlərimizi təsdiqləyir. Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistanın Baş naziri özünün rəsmi Facebook səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət planı”ını təqdim edib. Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını bildiriblər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları nasissizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil".
Ə.Hüseynov vurğulayıb ki, Paşinyan hazırda öz xalqını eşitmək, dinləmək istəmir:
"Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz
hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir. Və əslində hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gün-gündən darılır. Artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir. Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və torpaqlarımızı dərhal işğaldan azad etməlidir. Son çıxış yolu budur. Paşinyanın başqa seçim yolu yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region