Fransa heç vaxt ədalətli mövqe tutmayacaq
Yusif Nəzərli
05:24 15.04.2023
Siyasət
694
Bu ölkənin Ermənistana olan sevgisi, Parisin əsl mahiyyətinin nədən ibarət olduğunu ortaya qoyur
Fransanın Ermənistanı dəstəkləyən bəyanatı reallıqdan tamamilə uzaq yanaşma olmaqla bərabər, riyakarlığın bariz nümunəsidir. Bununla Fransa növbəti dəfə özünün əsl simasını göstərdi. Fransa hər zaman təcavüzkar, işğalçı Ermənistanın yanında yer alıb. Məhz Fransa kimi ölkələrin rəsmi İrəvana verdiyi dəstək sayəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğalda saxlayıb. Təcavüzkarla təcavüzə məruz qalan ölkəni ayırd edə bilməyən bir Avropa ölkəsinin davranışları, sözsüz ki, onun qaranlıq keçmişindən qaynaqlanır. Heç şübhəsiz, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini, bunun nəticəsində soyqırımlar, etnik təmizləmələr aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu soyqırımı aktı bunun bariz nümunəsidir. Bu mənada Fransa kimi ölkənin ədalətli davranması qeyri-mümkündür. Onun Ermənistana olan sevgisi və bunun fonunda göstərdiyi dəstək də Fransanın əsl mahiyyətinin nədən ibarət olduğunu ortaya qoyur. Fransa Azərbaycan-Ermənistan münaqişəsi dövründə vasitəçi olduğu müddətdə ikincinin hərbi təcavüzünə və işğalçı siyasətinə düzgün qiymət verməyib. Bu ölkə heç bir halda münaqişənin həllinə çalışmayıb. Əksinə, təcavüzə məruz qalan ölkəyə qarşı ədalətsizlik edib. Eyni zamanda Azərbaycan özünün beynəlxalq hüquq tərəfindən tanınan və qəbul olunan ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransadan ölkəmizə qarşı riyakar mövqe sərgilənib. Bu baxımdan hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransanın bu bəyanatı da onun növbəti qeyri-ədalətli mövqeyidir.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bəzi ölkələrin açıq-aşkar ermənipərəstliyinə artıq vərdiş etdiyini deyib. Partiya rəhbəri qeyd edib ki, həmin ölkələrin ən başda gələnlərindən biri isə məhz Fransadır: "Bu ölkə ötən gün növbəti dəfə ənənəvi ermənipərəst mövqeyini bir daha nümayiş etdirib. Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı aprelin 12-də günahkar tərəfə deyil, Azərbaycana qarşı ittihamlarla dolu bəyanat yayması bu ölkənin heç vaxt ədalətli mövqe tutmayacağını göstərir. Azərbaycanı Ermənistanın “ərazi bütövlüyünə hörmət” etməyə çağıran Fransa tərəfi ilk növbədə özü Azərbaycanın ərazi bütövlüyünə və bütövlükdə beynəlxalq hüquqa hörmətlə yanaşmlıdır. Fransa prezidentinin və fransız parlamentarilərinin beynəlxalq hüquqla bağlı ciddi surətdə maariflənməyə ehtiyacları var. Ümumiyyətlə, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın özünə ədalət və obyektivlik dərsi keçmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət