Fransa- Türkiyə siyasi böhranının təhsil inikası- TƏHLİL
Fransa- Türkiyə siyasi böhranının təhsil inikası- TƏHLİL
08:57 30.07.2024
Siyasət
460
Türkiyə ilə Fransa arasında təhsil sahəsində yaranan böhranın siyasi motivli olduğu iddia edilib.
Bu barədə Ankara və Parisdəki diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyə ilə Fransanın bir çox bölgədə, xüsusilə, Afrikanın bəzi ölkələrində və Cənubi Qafqazda əks mövqelərdə qərarlaşması qarşılıqlı ittihamları intensivləşdirib.
Bildirilib ki, siyasi müstəvidə yaranan gərginliklər ikitərəfli səmərəli və məhsuldar dialoqa mane olur.
Məlum olduğu kimi, bundan əvvəl Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki fransız məktəblərinin fəaliyyətinin qanundankənar elan ediləcəyini bildirmişdi. Bunun səbəbi kimi isə həmin məktəblərin Türkiyə qanunvericiliyinə uyğunlaşdırılmadığı göstərilmişdi.
Fransa Xarici İşlər Nazirliyi (XİN) isə buna cavab olaraq ölkənin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən “Charles de Gaulle” və “Pierre Loti” liseylərinə Türkiyə vətəndaşlarının qəbulunun dayandırıldığı barədə məlumat yaymışdı.
Sözügedən məsələnin məhz siyasi motivli olması əslində təəccüblü deyil. Məsələ orasındadır ki, Ankara ilə Paris arasında münasibətlər, doğrudan da, yaxşı deyil. Bu, özünü aydın göstərir. İki NATO müttəfiqi bir çox məsələdə dil tapa bilmir. Bu, Ukraynadan tutmuş Cənubi Qafqaza qədər bir çox ölkədə özünü göstərir.
Yelisey Sarayı zaman – zaman Azərbaycan kimi Türkiyəyə də qərəzli yanaşır. Bu isə ikitərəfli münasibətlərdə gərginliyə səbəb olur.
Məsələnin digər tərəfi budur ki, ola bilsin, Türkiyədəki Fransa məktəblərində öyrədilənlər, təbliğ edilənlər Türkiyə hakimiyyətinin narazılığına səbəb olub. Doğrudur, əgər bir ölkədə başqa ölkə təhsil müəssisəsi fəaliyyət göndərirsə, burada əsas məqsəd məhz o ölkənin mədəniyyətini, tarixini təbliğ etməkdir. Yəni Türkiyədə Fransa məktəblərinin olmasının əsas səbəbi orada Fransanın mədəniyyətini və tarixini təbliğ etməkdir. Belə məktəblərdə təhsil adətən ödənişli olur. İstəyənlər pul verib oxuyur.
Ehtimal var ki, Fransa məktəblərinin tədris proqramlarında, xüsusilə tarix dərsliklərində Türkiyəyə qarşı da müəyyən iddialar var. Ona görə də Türkiyə Fransa məktəblərinin fəaliyyətinin yerli qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir.
Azərbaycanda da Türkiyə məktəbləri, liseyləri fəaliyyət göstərir. Niyə Azərbaycan buna etiraz etmir? Çünki həmin təhsil müəssisələri hər nə qədər müəyyən mənada təbliğatla məşğul olsalar da, dövlətçilik və milli maraqlara təhdid yaratmırlar. İndi eyni fikirləri Türkiyədəki Fransa məktəbləri haqqında demək olarmı? Yəqin ki, yox.
Bütün bunları nəzərə alsaq deyə bilərik ki, gələcəkdə Türkiyədəki Fransa məktəblərinin fəaliyyəti qanunsuz elan edilə və ya tamamilə bağlana bilər. Bu isə perspektivdə iki ölkə arasındakı gərginliyi daha da artıra bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz