Fransadakı səfirliyimizə hücumdan sonra: “Azərbaycan İsveçrənin təhlükəsizlik orqanları ilə yaxından işləyir”
Yusif Nəzərli
11:32 26.10.2022
Siyasət
382
“Azərbaycanın Fransadakı səfirliyinə hücumdan sonra biz İsveçrənin təhlükəsizlik orqanları ilə yaxından işləyirik ki, analoji vəziyyət yaranmasın. İsveçrə dünyanın ən təhlükəsiz ölkələrindən biridir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, belə hücumlar müxtəlif ölkələrdə baş verə bilər.
“Biz əvvəllər ASALA-nın türk diplomatlarına qarşı terror aktlarının şahidi olmuşuq. Ümid edirəm ki, bu, təkrar olunmaz”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu ilin sentyabrın 18-də Fransadakı erməni millətçiləri Azərbaycanın Parisdəki səfirliyinə hücum həyata keçirmişdilər.
Rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.
Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya