Fuad Abbasov: Rəqiblərim Natiq Cəfərli və Zahid Oruc ilə çox yaxşı şəxsi əlaqələrimiz var
12:33 17.07.2024
Siyasət
586
VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli sürdüyünü bildirib.
Sözügedən dairədən daha bir tanınmış sima – iqtisadçı ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli də namizədliyini irəli sürüb. N.Cəfərlinin namizədliyi artıq təsdiqlənib və imza vərəqələrini götürüb.
Tanınmış jurnalist Fuad Abbasov da 33 saylı seçki dairəsindən namizədliyini irəli sürüb. Xatırladaq ki, F.Abbasov 2020-ci il 9 fevral seçkilərində də bu dairədən namizəd olmuşdu. Ancaq Hüseynbala Mirələmovun lider olduğu bu dairənin nəticələri seçki qanunsuzluğuna görə MSK tərəfindən ləğv edilmişdi.
Beləliklə, 33 saylı dairə 1 sentyabr 2024-cü il parlament seçkilərinin ən qızğın mübarizələrindən birinin getdiyi məkan olacaq.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, parlament seçkilərində namizədliyimi irəli sürməyimi həm sosial şəbəkə vasitəsilə tanış olduğum dostlar, həm də Xətai rayonu Əhmədli qəsəbə sakinləri istəyib:
“Ümumiyyətlə, 1978-ci ildən bu rayonda yaşayıram. Xətai rayonunun bütün küçələri, böyük prospektləri, Sovet vaxtından indiyə qədər tikilən binaları mənim üçün doğmadır. Xətai rayonundakı insanlar məni tanıyır və etimad göstərir. Həmin etimad və etibarı doğrultmaq üçün parlament seçkilərində namizədliyimi irəli sürdüm. Azərbaycanda və Rusiyada fəaliyyətlərimdən sonra məni tanıyan insanların təkib, tələbi və xahişi üzərinə 33 saylı seçki dairəsində namizədliyimi bildirdim və qəbul edildi. Artıq imza toplama kampaniyasına başlayırıq. Ümidvaramki imzalarımız lazımından artıq toplanacaq”.
Ekspert qeyd edib ki, rəqiblərimiz olan Natiq Cəfərli və Zahid Oruc ilə çox yaxşı şəxsi əlaqələrimiz var:
“Amma seçkinin qərarını xalq verir. Xətai rayonu Əhmədli qəsəbəsinin sakinlərinin verdiyi qərar əsasında seçki nəticələrinin açıqlanmasında çox ümidliyəm. Seçki nəticələrinin əvvəldən təyin olunması və razılaşdırılması ilə bağlı fikirlər mövcuddur. Mən şəxsən qalib gəlmək üçün heç kəsə müraciət etməmişəm. Xalqımızın verdiyi qərara əsasən seçki nəticələrinin açıqlanmasının tərəfdarıyam. 2020-ci ildə keçirilən parlament seçkilərində saxtakarlıq oldu. Bölgədə Mirələmov Hüseynbala adlı şəxsin qalib gəlməsinə baxmayaraq, biz şikayət etdik. Həmin şikayətə əsasən Mərkəzi Seçki Komissiyası Məzahir Pənahovun rəhbərliyində keçirilən iclasda Mirələmov Hüseynbalanın mandatı ləğv olundu. Bu hadisə bizim rayonda keçirilən demokratik seçkinin bir nümunəsi idi. Milli Məclisin tərkibinin dəyişməsinə ümidim var. Ehtimal edirəm ki, uzun illərdən indiyə qədər Milli Məclisdə fəaliyyət göstərən deputatlar öz yerlərini gənc kadrlara verəcək. Həmin gənc nəsil isə yeni ideya və təşəbbüslərlə Milli Məclisə yeni ruh qazandıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə