Gücümüzü etiraf edirlər
08:49 22.12.2020
Siyasət
514
Rusiya da ordusunda PUA-lardan istifadə etməyə hazırlaşır
Azərbaycan da boş oturmayacaq, Türkiyə və İsraillə hərbi əməkdaşlığını davam etdirəcək
“Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb. PUA-larla silahlanacaq”. Bunu Rusiya Federasiyasının Baş nazirinin müavini Yuri Borisov RBC-ya müsahibəsində Qarabağ müharibəsindən də söz açarkən deyib. O bildirib ki, bu müharibə PUA-ların necə önəmli yenilik olduğunu nümayiş etdirdi. Borisov qeyd edib ki, Rusiyanın 2033-cü ilə qədər silahlanma proqramında PUA-lar xüsusi yer tutacaq.
Məsələni “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Yuri Borisovun zərbəçi PUA-ların təkcə kəşfiyyat xarakterli deyil, həm strateji obyektlərə, həm də texnikalara və havadan müdafiə sistemlərinə qarşı istifadə olunmasını, xüsusilə də Qarabağ cəbhəsində tətbiqini etiraf etməsi açığı həm Azərbaycanın, həm də qardaş Türkiyənin adına müsbət haldır:
“Bu faktın özü göstərir ki, Azərbaycan ordusunun imkanları ilə nüvə ölkəsi olan böyük Rusiya artıq hesablaşmaqdadır. Düşünürəm ki, bu təkcə Rusiya ilə bağlı məsələ deyil.
Bu məsələ Amerika Birləşmiş Ştatları, hətta NATO-ya üzv olan bir çox ölkələr, o cümlədən Almaniyada da müzakirə obyektinə çevrilib. Hesab edirəm ki, Azərbaycanın Qarabağda, xüsusilə də Şuşanın alınmasında göstərdiyi qəhrəmanlıq və fədakarlıq, ayrıca Şuşanın alınmasında tətbiq olunan plan bütün dünyanın müzakirə obyektinə çevriləcək.
Belə bir sual yarana bilər ki, gələcəkdə Rusiyanın zərbəçi PUA-lardan istifadə etməsi məsələsi Azərbaycana təhlükə yaradacaqmı? Əlbəttə ki, Rusiya qonşuluqda qaldıqca təkcə Azərbaycana deyil, qonşuluqda olan və digər regionlarda olan bütün ölkələrə təhlükə yaradır. Çünki bildiyimiz kimi, Rusiya aqressiv və işğalçı bir ölkədir.
Ona görə də, Rusiyanın qonşuluğunu hər hansı bir ölkə seçmədiyi kimi Azərbaycan da seçməyib. Qonşuluqda olan Rusiya ilə ən azından əməkdaşlıq çərçivəsində yaşamaq məcburiyyətindədir”.
O ki qaldı PUA-ların Azərbaycana təhlükəsi məsələsinə politoloq qeyd edib ki, açığı Azərbaycan Ordusu da yerində saymayacaq:
“Ən azından 2033-cü ilə qədər əgər Rusiya bu zərbəçi PUA-ları öz ordusuna verməyi, gələcək hərbi əməliyyatları təxminən bu xüsusda, bu keyfiyyətdə keçirməyi düşünürsə, əlbəttə ki, Azərbaycan da bu yeni zərbəçi PUA-ların yeni modellərini öz ordusuna gətirəcək.
Bu prosesdə ölkəmiz Türkiyə və İsrail kimi dünyada ən müasir PUA-ları istehsal edən ölkələrlə yaxın təmasdadır.
Bundan sonra da ən yaxın əməkdaşlıq davam edəcək. Yəni Azərbaycan bu günə qədər inkişaf edibsə, bundan sonra da öz ordusunu ən müasir silahlarla inkişaf etdirəcək ki, digər təcavüzkar ölkələr üçün artıq çəkindirici bir güc rolunu oynasın.
Düşünürəm ki, Türkiyənin ölkəmizdə varlığı da bundan sonra Azərbaycanın, bütövlükdə Azərbaycan ordusunun bütün region ölkələri üçün bir çəkindirici güc olacağını ortaya qoyacaq. Bu, çox müsbət məqamdır.
Yəni Türkiyənin bütün dəstəyinə rəğmən ilk növbədə Azərbaycan ordusunun parametrlər üzrə bundan sonra da inkişafına, güclənməsinə ehtiyac var. Çünki ortada bir İsrail praktikası var. Bu gün kiçik İsrail 80-100 minlik böyük ölkələrə həqiqətən də əzələ nümayiş etdirir.
Ortada diz üstünə çökdürülmüş ərəb dünyası var. Bu gün kəllə-kəlləyə gəlmək istədiyi 83 milyonluq İran dövləti mövcuddur və hələ də bilirsiniz ki, İsraili bu yöndə kimsə oturda bilməyib.
Niyə? Çünki İsrail texniki cəhətdən inkişaf etməkdədir. Və öz ordusunu ən müasir silahlarla təchiz etməklə, ordusunu ən yüksək səviyyədə saxlamağa qadirdir və buna çalışır.
Düşünürəm ki, bu təcrübə Azərbaycanda da yerinə yetirilməlidir və əminəm ki, yetiriləcək də. Bunun üstünə qardaş Türkiyənin hərbi sənaye kompleksi gələriksə, zənnimcə, Azərbaycanın bu yöndə heç bir problemi olmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya