Gürcülər Qərbpərəst bir lider axtarışındadırlar - ANALİZ
13:37 10.07.2024
Siyasət
607
Ya seçkilər yolu ilə, ya da inqilab yolu ilə anti-Rusiya mövqeli lider Gürcüstanda hakimiyyətə gələcək
AB və ABŞ-dan sonra Almaniya da Gürcüstana qadağalara start verib.
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Tbilisiyə ayrılacaq yeni maliyyə öhdəliklərinin hamısı Berlin tərəfindən dayandırılıb.
“Gürcüstanın üzvlük prosesinin dayandırılması Avropa Birliyinin siyasətidir. Biz irəliyə mümkün qədər sürətli hərəkət etməliyik, amma bu sürət və keyfiyyət Gürcüstanın əlindədir. Mən Almaniya adından deyə bilərəm ki, biz də Gürcüstanla münasibətlərə yenidən baxırıq. ABŞ-la birgə biz Gürcüstan üçün ən böyük donorlardan idik. Biz indi qərara almışıq ki, Gürcüstanla bağlı yeni maliyyət öhdəlikləri götürməyək” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Gürcüstanla birgə keçirdiyi “Noble Partner” təlimlərini dayandırıb, AB isə Gürcüstan hökumətinə yardımlardan imtina etdiyini bildirib. Bundan başqa Gürcüstanın AB-yə üzvlüyü də dayandırılıb.
Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Azər Rəşidoğlu söyləyib ki, Rusiya və Qərb Gürcüstan uğrunda açıq savaşa başlayıblar:
“Rusiya hər vəchlə Tiflisi öz təsir dairəsinə qaytarmaq istəyir. Lakin Moskvanın təzyiqləri heç bir nəticə vermir, üstəlik, Ermənistan da artıq Moskvadan uzaqlaşır. Bu o deməkdir ki, Cənubi Qafqazın iki ölkəsi artıq Qərbin orbitindədir. Bu baxımdan, Rusiyanın narahatlığını anlamaq mümkündür. Kreml Rusiyapərəst gürcü hökumətinin əli ilə Tiflisi Qərbə qarşı qoyur. Gürcü ictimaiyyəti isə müqavimət göstərir. Kreml Kiyev, İrəvan, Vaşinqtonla savaş müstəvisinə qədəm basıb və ona Tiflisin simasında müttəfiq lazımdır. Hökumətdən fərqli olaraq gürcülər Qərbə inteqrasiyanın tərfdarıdırlar. Rusiya buna görə də təzyiqlərini artırır. Ancaq təzyiqlə bölgədə möhkəmlənmək mümkün deyil. Bu baxımdan, ehtimal edirəm ki, Rusiya qısa zamanda bölgədə nüfuzunu itirəcək”.
Analitik vurğulayıb ki,vaxtilə Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu:
“Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək və Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. 2003-cü ilin noyabr ayında minlərlə insan parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdı. O vaxt özünün “Vahid milli hərəkat” partiyasına başçılıq edən Mixail Saakaşvili etiraz dalğasının başında olan üç siyasi liderdən biri oldu. Parlamentin keçmiş spikerləri Zurab Jvaniya və Nino Burcanadze o vaxt Saakaşvilidən daha təcrübəli və nüfuzlu müxalifətçi siyasətçilər idilər. Bununla belə, küçədəki insanlar “Mişa” qışqırırdılar. Məhz Saakaşvili həlledici anda saxtalaşdırma nəticəsində seçilmiş yeni qanunverici orqanın sessiyanın başlamasına mane olmaq məqsədilə, parlamentə edilən yürüşə başçılıq etdi. Digər liderlər onun arxasınca getmədi. Risk böyük idi – parlamenti xüsusi təyinatlı polislər mühafizə edirdi, tribunadan isə çoxsaylı mühafizəçilərlə əhatə olunan Şevarnadze çıxış edirdi. Amma nəticədə Şevardnadze nümayişçilərin təzyiqi altında parlament binasını tərk etdi, sonra isə istefa verdi. İnqilabın əsas liderinə çevrilən Saakaşvili 2004-cü ilin yanvar ayında Gürcüstan prezidenti seçildi. Mişa bir islahatçı liderdir və korrupsiyanın qarşını ala bilib. O, rüşvətin miqyasını azalda bildi, amma gürcülər Sovet keçmişləri üçün darıxdıqları üçün sona qədər Mişanı dəstəkləmədilər. Rüşvət asan çıxış yoludur. Şevarnadze bu xalqı o qədər rüşvətə alışdırıb ki, insanlar rüşvətsiz yaşaya bilməyəcəklərini düşünürlər. Odur ki, rüşvətsiz, bürokratik əngəlsiz yaşamaq üçün sona qədər mübarizə aparmaq istəmirlər. İstənilən halda Saakaşvili bu xalqın şərəfli tarixidir. Gürcülər onu bu dərəcədə aşağılamaqla tarixə hörmətsizlik edirlər. Bütün bunlara baxmayaraq, gürcülər korrupsiyaya qarşı olan Qərbpərəst bir lider axtarışındadırlar. Bu baxımdan, Qərb Gürcüstanı sıxmaqla onu Rusiyaya arxa çevirməyə vadar edir. Əks təqdirdə, ya seçkilər yolu ilə, ya da inqilab yolu ilə anti-Rusiya mövqeli lider Gürcüstanda hakimiyyətə gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol