"Gürcüstanda gərginlik hələ davam edəcək"
Turan
09:35 04.11.2020
Siyasət
569
Azər Rəşidoğlu:"Saakaşvilinin Gürcüstanın tarixində hansı iz buraxacağını zaman göstərəcək"
Gürcüstanda parlament seçkilərində deputat mandatı əldə etmiş müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər. Bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar. Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir. Bəyanata “Vahid Milli Hərəkat” bloku, 6 müxalif partiya və hərəkat rəhbəri imza atıblar. Artıq Tiflisdə kütləvi etiraz aksiyaları başlayıb, şəhərin mərkəzi meydanında çadırlar qurulub.
Xatırladaq ki, oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” Partiyası 49 faiz səslə qalib olub. Keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” bloku isə 27 faiz səs toplaya bilib. Ümumilikdə 9 siyasi partiya 1 faizlik baryeri keçərək parlamentdə təmsil olunmağa haqq qazanıb.
Qonşu ölkədə cərəyan edən prosesləri “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu vurğulayıb ki, Gürcüstanda gərginlik hələ davam edəcək. Lakin seçkinin nəticələri göstərdi ki, gürcü seçicini belə bir sual düşündürür - Saakaşvili hakimiyyətə qayıdarsa, Gürcüstanda hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı? Siyasi şərhçinin fikrincə, Saakaşvili dövrünün bitməsi Moskva-Tiflis münasibətlərini keçmişdəki kimi “isti məcraya” qaytara bilmədi:
“Mixail Saakaşvili təzadlı simadır. Demokratiya uğrunda mübarizə aparan “Mişa” öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edir, bunu qəzəblə qarşılayır. Onun üçün yalnız bir həqiqət var, o da şəxsi fikridir. Saakaşvili münaqişə yaradan, dalaşqan, tez özündən çıxan bir insandır. Məhz bu emosionallıq Abxaziya və Cənubi Osetiyanın tam itirilməsinin səbəblərindən biri oldu.
Siyasətdə populizm vacibdir və "Amerika uşağı" olan Mixail bunu bilirdi. Saakaşvili yeni salınan yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı.
Lakin çoxları hesab edir ki, Saakaşvili dövründə Gürcüstanda demokratiya və şəffaflıq elə yeni bina fasadları və polis ofislərindən kənara çıxmayıb. Saakaşvili Gürcüstanın turist potensialını tez-tez reklam etdirməyə həvəs göstərirdi.
Dövlət başçısı televiziya ekranlarında gah Svanetiya dağlarını xizəkçi qiyafəsində, gah da Qara dəniz sahilini üzgüçü tumanında reklam etdirirdi. Ənənələrə qiymət verilən Gürcüstanda isə belə hərəkət heç də hamının ürəyincə deyildi. Sadəcə Qərb texnoloqları belə istəyirdilər və Mixail o cür geyinirdi. Cinayətkarlıqla mübarizədə Saakaşvilinin siyasəti birmənalı olmadı. Onun oğru qanunlarına nifrəti həbsxanaların dolması ilə nəticələndi. Elə buna görə də Saakaşvili islah müəssisələrində vəziyyətin ağırlaşmasına görə tənqid olundu. Onu elə Qərbin özü tənqid edirdi”.
A.Rəşidoğlu hesab edir ki, Saakaşvilinin Gürcüstanın tarixində hansı iz buraxacağını zaman göstərəcək:
“Onun 10 illik hakimiyyətindən sonra Gürcüstanda elə adam yoxdur ki, Mixail Saakaşviliyə münasibət barədə suala neytral bir cavab versin. Onu ya sevir, ya da nifrət edirlər. Buna baxmayaraq, əsəbi və dalaşqan Mixail Saakaşvili, Şevardnadzenin zamanında diz çökən, oğruların meydan suladığı ölkəni bölgənin aparıcı oyunçusuna çevirə bildi.
Buna görə ona ancaq təşəkkür düşür. Gürcülər isə təşəkkür etməyi o qədər də sevmirlər. Dağlarda yaşamaq insanları ifrat qürurlu edir. Hər halda Gürcüstan Avropa deyil. Dağların öz qanunları var və “Mişa” bunu bilməmiş deyildi. Seçicilərin hakim partiyanı dəstəkləməsi də elə bunun göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm