
Gürcüstanın ən güvəndiyi ölkə Azərbaycandır - ŞƏRH
Yusif Nəzərli
08:54 20.04.2025
Siyasət
361
İki ölkə gələcəkdə də öz hədəflərinə birlikdə və ardıcıl şəkildə irəliləyəcək
Azərbaycan - Gürcüstan əlaqələri yeni bir mərhələyə daxil olub. Əməkdaşlığımız daha da inkişaf edir və möhkəmlənir. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi bunun nümunəsidir. Bu addım ikitərəfli münasibətlərin strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

Bu sözləri “Sherg.az”a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Prezident İlham Əliyev arasında baş tutan görüşü xatırladan deputat qeyd edib ki, ADA Universitetində təşkil olunan beynəlxalq forumda da prezident Gürcüstanla münasibətləri yüksək qiymətləndirib: “Məhz Gürcüstan prezidentinin ölkəmizdə rəsmi səfərdə olması bir daha göstərir ki, qarşılıqlı etimad mühiti getdikcə genişlənir. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışı olduqca böyük maraq doğurub. Ölkə başçımızın qonşu Gürcüstanla bağlı səsləndirdiyi fikirlər regional və qlobal miqyasda hər iki ölkənin uğurlu tərəfdaşlığına önəmli mesajdır. Qeyd edildi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Azərbaycan və Gürcüstan bölgənin geosiyasi reallığında fəal və mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq xüsusilə nəqliyyat, kommunikasiya və enerji təhlükəsizliyi sahələrində çox ciddi səviyyəyə çatıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat və kommunikasiya layihələri təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji mahiyyət daşıyır. Bu əməkdaşlıq sıradan bir tərəfdaşlıq deyil - bu, enerji və nəqliyyat marşrutlarının taleyini müəyyən edən, qlobal güc balansında yeni səhifə açan bir modeldir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi magistral layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu kimi kommunikasiya arteriyaları Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızıb. Bu layihələr sayəsində region bir enerji və logistika dəhlizinə çevrilib, Azərbaycan və Gürcüstan isə bu böyük oyunda aparıcı aktordur. Qısası, Bakı ilə Tbilisinin birgə atdığı hər addım təkcə iki ölkənin deyil, Avrasiyanın gələcəyini formalaşdırır. Bu əməkdaşlıq yalnız bu günü deyil, sabahı da formalaşdıran tarixi ortaq iradənin göstəricisidir”.
C.Məmmədovun sözlərinə görə, Azərbaycanın Gürcüstanla münasibətləri konstruktiv və gələcəyə yönəlib:
“Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.
Təəssüf ki, hər iki ölkə Avropa İttifaqının və digər beynəlxalq təsisatların qərəzli münasibəti və ikili standartları ilə qarşı-qarşıya qalır. Buna baxmayaraq, Azərbaycan və Gürcüstan öz hədəflərinə birlikdə və ardıcıl şəkildə irəliləyir. Bu proses daha da sürətlənir və inkişaf edir. Əminliklə demək olar ki, bu səfər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq. Qarşıda yeni layihələr, əməkdaşlıq istiqamətləri və perspektivlər durur. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə və bölgədə sülh, əməkdaşlıq mühitinin dərinləşməsinə ciddi töhfə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə