Hakan Fidan İsveçlə bağlı NATO-ya xəbərdarlıq edib: Alyans genişlənərsə... - TƏHLİL
13:44 05.07.2023
Siyasət
952
Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, İsveçin NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem yaradan bir ölkə kimi görünməsi Ankaranı düşündürür.
Onun sözlərinə görə, Türkiyə İsveçin strateji və təhlükəsizlik baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.
Nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirdiyi, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: “Ancaq biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər”.
H.Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələləri diqqətlə izləyir. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da vurğulayıb.
Məlum olduğu kimi, bu günlərdə Qurani- Kərim yandırılıb. Hökumət bu məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb. Hadisə İsveçin NATO-ya üzvlüyü məsələsində ciddi problemlərdən bir olub.
O da bəllidir ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
Ehtimal etmək olar ki, Stokholm həmin sammitdə NATO- ya rəsmi olaraq üzv olmaq barədə düşünür. Amma bu, faktiki olaraq real görünmür. Çünki İsveç öhdəliklərinə əməl etmək əvəzinə, təxribatlarının davam etdirir.
Məsələ orasındadır ki, Ankara hələ də Stokholmun Alyansa üzvlüyünü ratifikasiya etməyib. Bunun əsas səbəbi Türkiyənin təhlükəsizlik qayğılarıdır. Belə ki, Türkiyə terrorçlarla mübarizə aparır. İsveç isə terrorçulara qucaq açır. Belə bir məqamda qardaş ölkənin təhlükəsizlik qayğıları tamamilə haqlıdır.
Lakin əvvəllər də dediyimiz kimi, Türkiyənin NATO- nun genişlənməsinə soyuq yanaşmasının yeganə səbəbi təhlükəsizlik qayğıları deyil. Rusiya İsveçin Alyansa qoşulmasındsn narahatdır. Rəsmi Ankara isə həm də Moskvanın maraqlarını nəzərə alır və NATO - ya özünün müstəqil xarici siyasət yeritdiyini göstərmək istəyir.
Unutmaq olmaz ki, Rusiya Türkiyə üçün vacib partnyordur. Bu, həm də prezidentlər Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin şəxsi münasibətləri ilə bağlıdır. Türkiyə Alyans daxilində Rusiya ilə münasibətləri qoruyan yeganə ölkədir. Bu isə o deməkdir ki, Ankara İsveçin NATO- ya üzvlüyünü təsdiqləməyə hələ tələsməyəcək. Veriləcək istənilən qərar Alyansla Moskva arasında seçim etmək deməkdir. Fidanın dedikləri də məhz bunu göstərir.
Nazir açıqlamasında həm də NATO müttəfiqlərinə mesaj verib. O, bildirmək istəyib ki, İsveçin Alyansa üzvlüyü riskli qərardır və Alyans bu barədə ehtiyatlı olmalıdır.
Etiraf etmək lazımdır ki, İsveç məsələsi ilə bağlı "sular kifayət qədər bulanıqdır". Düzdür, rəsmi Stokholm terrorçulara "qucaq açır". Amma məsələ bununla bitmir. Həm də təxribatlar törədilir, Quran yandırılır. Bu cür sabotajlarda üçüncü qüvvənin, yəni İsvenin NATO - ya üzvlüyünü istəməyənlərin, o cümlədən Rusiyanın əlinin olması istisna deyil. Əksinə, bu ehtimal kifayət qədər realdır.
NATO- nun Vilnüs sammitinə qədər Türkiyənin İsveçin üzvlüyünü təsdiqləyəcəyini düşünmürəm. Ehtimal edirəm ki, sözügedən toplantıya qədər təxribatlar təkrarlanacaq. Bu isə onsuz da gərgin olan ikitərəfli münasibətlərə daha bir zərbə vuracaq.
Beləliklə, bütün cəhdlərinə baxmayaraq, İsveçin yaxın vaxtlarda Alyans üzv ola biləcəyini düşünmürəm.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm