Hakim partiyanın imtinası alqışlandı: “YAP doğru qərar verdi”
Fidan Həmişəyeva
11:55 17.01.2020
Siyasət
1070
Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək. Seçki Məcəlləsinə əsasən 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır. Həmçinin dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.
Hakim partiyanın ödənişsiz efir vaxtından imtina etməsini Sherg.az-a dəyərləndirən siyasi ekspert Azər Həsrət YAP-ın qərarını alqışladığını deyib.
Analitik bildirib ki, seçkilərin ciddi rəqabət şəraitində keçməsi çox vacibdir:
“Hər halda partiyaların ciddi şəkildə təşkilatlanması və nəticələrə hesablanan mübarizə aparması yaxşı olardı. Amma bəlli olduğu kimi, YAP-dan başqa seçkidə iştirak edən digər partiyalar qeydiyyatdan yetərincə namizəd keçirə bilməyiblər. Ona görə də YAP faktiki olaraq ödənişsiz efir vaxtından təkbaşına istifadə etməli olacaqdı. Əlbəttə ki, bu da seçkinin ədalətli keçməsinə şübhə gətirə, yaxud da partiya özünü meydanda tək hiss edə bilərdi. Ona görə də YAP belə bir qərar verib.
YAP-ın belə bir qərar verməsi təqdirəlayiqdir. Amma düşünürəm ki, gələcəkdə qanunvericiliyə dəyişiklik etməliyik. Yəni, yalnız partiyalara vaxt verilməsi yetərincə ədalətli deyil. Tutaq ki, müstəqil namizədlər də var. Onlar niyə efir vaxtından məhrum olmalıdırlar? Düşünürəm ki, gələcəkdə bu məsələyə qayıtmaq vacibdir. Təbii ki, indi qanunvericilik nə deyirsə onu etməliyik, çünki bu mərhələdə qanunu dəyişə bilmərik. Amma növbəti illərdə bu problemi aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, indiki mərhələdə namizədlər üçün televizora çıxıb-çıxmamaq o qədər də önəmli rol oynamayacaq. 5 dəqiqə televizorda danışsalar nə olacaq? Əsas məsələ seçicilərin ayağına getmək, onlarla təmasda olmaq, birbaşa onlardan dəstək istəməkdir. Bunu edə bilməyənlər gündə 10 dəfə televiziyaya çıxsalar da faydası yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm