
Hasan Oktay: Türkiyə Milli Təhlükəsizlik Şurasında təcili üçtərəfli sülh sazişiylə bağlı tövsiyə qərarı qəbul edilməlidir
09:55 30.07.2025
Siyasət
435
Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.
İclasda Azərbaycan və Ermənistan arasında baş verən son proseslər də müzakirə ediləcək.
İlin dördüncü şura iclasının ən əhəmiyyətli gündəm mövzusu “Terrorsuz Türkiyə” prosesi çərçivəsində atılan növbəti addımlar olacaq. Şurada PKK terror təşkilatının tərksilah edilməsinin ardından regionda baş verən hadisələrin müzakirə olunması gözlənilir.
Türkiyədə meşə yanğınları ilə bağlı müzakirələrin aparılacağı gözlənilən toplantıda Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gərginliyin fasilələrlə artmasına da toxunulacağı gözlənilir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, Milli Təhlükəsizlik Şurası, Türkiyədə daxili və xarici mühüm məsələləri müzakirə etmək üçün toplaşan əhəmiyyətli bir qurumdur:

"Hökumət və hərbi rəsmilərdən ibarət olan bu şura, hər nə qədər məsləhət xarakterli qərarlar qəbul etsə də, hökumət bu qərarların icrasında ciddi və diqqətli şəkildə hərəkət edir. Bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasının ən önəmli gündəm mövzuları arasında Suriyadakı hadisələr, "Terrorçusuz Türkiyə" proqramının tətbiqi, meşə yanğınları və xüsusilə son dövrlərdə Cənubi Qafqazda baş verən proseslər yer alır. Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh sazişinin imzalanması məsələsinin də gündəmə gətiriləcəyi gözlənilir. Xüsusilə 10 noyabr sazişindən sonra bölgədə qalıcı sülhün təmin olunmasında baş verən gecikmələr və bu səbəbdən beynəlxalq güc mərkəzlərinin diqqətinin Cənubi Qafqaza yönəlməsi, Milli Təhlükəsizlik Şurasının əsas gündəm maddələrindən biri olacaq".
Politoloq qeyd edib ki, Türkiyədəki bəzi şəxslərdə Zəngəzur dəhlizinin üçtərəfli sülh sazişi olmadan həyata keçəcəyi yönündə yanlış təsəvvürü mövcuddur:
"Milli Təhlükəsizlik Şurasında bu məsələ geniş şəkildə müzakirə edilərək, ilk addımın məhz üçtərəfli sülh sazişinin imzalanması olması lazım olduğu fikri ön plana çəkiləcək. Həmçinin ictimaiyyət bu barədə məlumatlandırılacaq.
Çünki bu yanlış qavrayış əsasında Cənubi Qafqazda davamlı sülhün qurulması mümkün görünmür. Zəngəzur dəhlizi məsələsi 1991-ci ildə, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında böhran yaşandığı dövrdə də gündəmə gəlmişdi. Həmin dövrdə balans siyasəti çərçivəsində Dağlıq Qarabağa status verilməsi üçün həm Azərbaycanla Naxçıvan arasında, həm də Dağlıq Qarabağla Ermənistan arasında dəhlizlər təklif olunmuşdu. 10 noyabr atəşkəs razılaşmasında Rusiya, Dağlıq Qarabağı nəzarətdə saxlamaq məqsədilə Laçın dəhlizinin açılmasını təmin etdi. 1991-ci ildə gündəmə gələn qarşılıqlılıq prinsipinə əsasən, bu dəfə də Zəngəzur dəhlizi müzakirə olundu. Halbuki 1991-ci ilin şərtləri ilə 2020-ci ilin reallıqları bir-birinə uyğun gəlmir. Rusiya, 10 noyabr razılaşmasının dördüncü maddəsi ilə Laçın dəhlizini açaraq bölgəyə ərzaq və təminat axınını Ermənistan üzərindən təmin etməyə çalışdı. Eyni zamanda, razılaşmanın doqquzuncu maddəsində keçmiş SSRİ dövründəki nəqliyyat və kommunikasiya xətlərinin açılmasına dair bir ifadə ilə türk dünyasında Zəngəzur dəhlizi gözləntisi yaratdı".
Hasan Oktay vurğulayıb ki, Rusiyanın əsas məqsədi Laçın dəhlizi ilə bağlı mübahisələrin qarşısını almaq, Dağlıq Qarabağın faktiki olaraq Rusiyanın nəzarətində qalmasına etiraz edilməməsini təmin etmək idi:
"Bu məqsədlə Zəngəzur dəhlizi ilə bağlı gözləntini ictimai rəyə ötürdü. Halbuki bu gün Laçın dəhlizi artıq ləğv olunub, Dağlıq Qarabağ isə Azərbaycanın ərazi bütövlüyü daxilində azad olunub. Bu şəraitdə hələ də 1991 və ya 2020-ci il proseslərinə əsaslanaraq Zəngəzur dəhlizi gözləntisi içində olmaq, bölgədəki yeni reallıqları anlamamaq deməkdir. Buna görə də, Milli Təhlükəsizlik Şurasının bugünkü toplantısında təcili şəkildə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh sazişinin təmin edilməsi ilə bağlı tövsiyə qərarı qəbul edilməli və bölgə üzərindəki imperialist güclərin planlarının qarşısı alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur