Hələ ki, Azərbaycan dövləti təmkin nümayiş etdirir
Hələ ki, Azərbaycan dövləti təmkin nümayiş etdirir
Yusif Nəzərli
07:18 01.11.2022
Siyasət
517
"Ümidvarıq ki, İran rejimi öz yanlışlıqlarından geri duracaq"
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani məlumat verib ki, parlament sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri baş tutacaq. Onun sözlərinə görə, səfər İran və Azərbaycan arasında yaxşı, yaxın və inkişaf edən əlaqələr çərçivəsində baş tutur. XİN sözçüsü bildirib ki, artıq səfərin təşkili və qrafiki müəyyən edilib: "Səfər tezliklə həyata keçiriləcək. Ümid edirik ki, bu səfər parlament sahəsində də əməkdaşlığın artırılmasına zəmin yaradacaq”. Kənani vurğulayıb ki, İran İslam Respublikası hökumətinin bütün qonşularına münasibətdə əməli yanaşması qarşılıqlı hörmət əsasında münasibətləri dərinləşdirməkdən ibarətdir.
Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Azərbaycan-İran münasibətləri son dövrlər elə bir hərəkət dinamikasına malikdir ki, bu münasibətləri pərdə arxasından zopa göstərmək, üzdə isə dostluq-qardaşlıq kimi xarakterizə etmək olar. Analitikə görə, əslində görüntüyə əsasən, kimsə konkret deyə bilməz ki, iki ölkə bir-biri ilə dostdur, ya da mülayim şəkildə desək, rəqibdir:
"Tərəflərin bir-birinə güc göstərdiyi zamanlarda belə bunun kimə qarşı edildiyinə görə konkret adın çəkilməməsi, paralel olaraq isə rəsmi hökumət nümayəndələri arasında əməkdaşlıqdan, iqtisadi əlaqələrin inkişafından danışılması, hətta daha da irəli gedərək konkret layihələrin icrası barədə qərarların qəbul edilməsi onu deməyə əsas verir ki, tərəflər gərginlikdə maraqlı deyillər. Məsələn, İran ərazisindən keçən Naxçıvana yolun çəkilməsinin, hər iki tərəfin ərazisində iqtisadi zonaların təşkil edilməsi, yük avtomobilləri üçün parkların təşkili, İran ərazisindən Azərbaycana keçən qaz layihəsinin imzalanması və s. addımlar aiddir. Bütün bunlara baxmayaraq, İran gözlənilməz, daha doğrusu, arzuolunmaz addımlar atır. Qafanda konsulluq açmaq, sərhəddə hərbi təlimlər keçirmək rəsmi Bakı üçün qəbuledilməzdir. Görünən isə odur ki, Azərbaycan və İran nə qədər bir-birindən uzaqlaşmış kimi görünsə də, bu, belə deyil. Geosiyasi vəziyyət və tarixi şərait elə gətirib ki, iki ölkənin siyasətində qeyri-müəyyənliklər yaranıb. Hesab edirəm ki, bu anlaşılmazlıqları danışıqlar yolu ilə həll etmək olar və bu, mütləqdir. Tarixi kökləri eyni olan iki dövlətin qarşılıqlı anlaşılmazlıqlara düşməsi ancaq üçüncü tərəflərin işinə yarayar".
Ekspert İranın yenidən öz siyasətinə nəzər salacağına, ən azından qonşuluq münasibətlərinin qorunub-saxlanılması üçün addımlar atacağına ümid edir:
"Bunun əksini isə fikirləşmək istəmirik, çünki bu, regionun məhvi olardı. İran Azərbaycana görə haqsız addımlar atır. Azərbaycan dövləti isə buna təmkinli yanaşır. Ümidvarıq ki, İran rejimi öz yanlışlıqlarından geri duracaq, özünü tarixən Türk şahlarının hakimiyyəti dövründə olduğu böyüklüyünü geri qaytaracaq. Fars rejiminin hörmətini də türk şahlarının səviyyəsinə qaldıracaq. Əksi daha çox İran rejimi üçün yaxşı heç nə vəd etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm