Heydər Məmmədov: Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir
Yusif Nəzərli
06:41 15.05.2025
Siyasət
425
Azərbaycan Prokurorluğu beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə atılan ardıcıl addımlar ölkəmizin beynəlxalq hüquq məkanında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.
Qeyd olunub ki, 2025-ci ilin 19–23 may tarixlərində Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək.
Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndənin fiziki, 60-dan artıq iştirakçının isə onlayn formatda iştirakı nəzərdə tutulur. Panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.
Baş prokurorun müavini, sözügedən tədbirin Təşkilat Komitəsinin rəhbəri Heydər Məmmədov məqaləsində qeyd edir:
“GlobE Şəbəkəsinin Bakıda keçiriləcək 6-cı Plenar İclası təkcə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda ölkəmizin korrupsiyaya qarşı mübarizədə qlobal konsensusa verdiyi töhfənin parlaq təzahürüdür. Azərbaycan bu mühüm tədbir vasitəsilə hüquqi sistemindəki islahatları, rəqəmsallaşma təşəbbüslərini və beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarını bir daha nümayiş etdirmək imkanı qazanır.”
Məqalədə həmçinin vurğulanır ki, tədbir çərçivəsində süni intellektin korrupsiyaya qarşı mübarizədə tətbiqi, aktivlərin müsadirəsi, bank hesablarının dondurulması, ictimai maarifləndirmə kimi aktual mövzularda plenar sessiyalar və paralel tədbirlər keçiriləcək, eyni zamanda ikitərəfli görüşlər və əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət