
Hindistan-Ermənistan sevgisi: Bakı narahatdır! - ŞƏRH
05:45 29.12.2023
Siyasət
561
Bakı Dehliyə öz narahatlığını çatdırıb Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir
Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiyanın qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. 2023-cü ildə Rusiyanın Hindistanla ticarət mübadiləsi iki dəfə artaraq 55 milyard dollara yaxınlaşıb. Bu, iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Hindistanın əsas ticarət tərəfdaşı Amerika Birləşmiş Ştatlarıdır. Ekspert xatırladıb ki, iki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır:

"Rusiya Amerikadan geri qalmaq istəmir. Rusiyalı iqtisadi ekspertlərin fikrincə, 2030-cü il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, Hindistandan isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq. Rusiya Hindistanla hərbi sahədə də əməkdaşlığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib.
“The Times of India” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayımladığı məqalədə Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağı vurğulanıb. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə məqsədilə yeni doktrina hazırlayıb. Həmin doktrina hökumətə təqdim edilib. Həmin sənəddə Hərbi Hava Qüvvələrinin Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb".
Politoloqa görə, Hindistan hərbi gücünü artırmağı qarşısına hədəf qoyub: "Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Bakı diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm