
İbrahim sazişləri Cənubi Qafqazda: Sülh üçün şans, yoxsa riskli eksperiment?
12:50 14.05.2025
Siyasət
615
Yaşar Onay: Qarabağ münaqişəsinin yaratdığı dərin etibarsızlıq, regional tarazlıqlar və İran kimi aktorların münasibəti bu prosesin asan keçməyəcəyini göstərir
Son illərdə beynəlxalq siyasətdə baş verən mühüm dəyişikliklərdən biri kimi "İbrahim sazişləri" regional münasibətlərin yenidən şəkillənməsinə səbəb olub. Ərəb-İsrail münasibətlərində normallaşmanı təşviq edən bu sazişlər təkcə Yaxın Şərq regionu ilə məhdudlaşmayaraq, artıq digər münaqişə zonaları üçün də potensial model kimi təqdim olunur. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Azərbaycan və Ermənistanın bu sazişlərə qoşula biləcəyi ilə bağlı verdiyi bəyanat, bu yanaşmanın Cənubi Qafqaza da yayılma ehtimalını gündəmə gətirib.
Mövzu ilə bağlı türkiyəli politoloq Yaşar Onay Sherg.az-a açıqlama verib:

"ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Azərbaycan və Ermənistanın İbrahim razılaşmalarına qoşula biləcəyi ilə bağlı bəyanatı ABŞ-nin bu sazişləri təkcə ərəb-İsrail normallaşması ilə məhdudlaşdırmaq deyil, həm də onları Cənubi Qafqaz kimi digər münaqişə zonalarına da genişləndirmək istəyini ortaya qoyur. Lakin bu proses çətindir. Çünki "İbrahim sazişləri" İsraillə diplomatik əlaqələri təşviq edən, anti-İran təhlükəsizlik arxitekturasına əsaslanan və ABŞ-nin təşviqi ilə formalaşan bir strukturdur. Burada Azərbaycan-Ermənistan xətti tarixi, etnik və geosiyasi fərqləri ehtiva edir".
Politoloq Azərbaycanın İsraillə mövcud strateji əlaqələrinin nəzərə alınmaqla, texniki baxımdan iştirakının mümkün görünsə də, Ermənistanın iştirakının ciddi diplomatik transformasiyalar və etimadın yaradılmasını tələb edəcəyini söyləyib:
"ABŞ-nin bu təklifini həm də Rusiyanın Cənubi Qafqazda ənənəvi təsirini balanslaşdırmağa yönəlmiş strateji addım kimi də başa düşmək olar. Lakin Qarabağ münaqişəsinin yaratdığı dərin etibarsızlıq, regional tarazlıqlar və İran kimi aktorların münasibəti bu prosesin asan keçməyəcəyini göstərir".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Azərbaycan və Ermənistan "İbrahim sazişləri"nə qoşula bilər.
“Mən təxmin edirəm ki, tezliklə Livanda və hətta Suriyada nizamlanma görəcəyik. Onlardan müsbət cavab gəlib. Bu, Liviya ilə də baş verə bilər. Söhbət "İbrahim sazişləri"nə qoşulan ölkələrdən gedir. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hesab edirik ki, biz həmin ölkələrdəki münaqişələrin yekun həllinə çox yaxınıq. Düşünürəm ki, onların hər ikisi "İbrahim sazişləri"nə qoşula bilər. Bu, Prezident Donald Trampın böyük təşəbbüsüdür. O, buna inanır. Bu, regionda sülh və sabitliyə töhfə verir”, - xüsusi nümayəndə vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət