İki bələdiyyənin və onun əhatə edən yaşayış məntəqələrinin adı dəyişir

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.

Teleqraf xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə –“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.

Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edib.