
İlham Əliyevin siyasi iradəsi: Son 4 ildə milli məsələlərdə ancaq uğur qazanırıq
12:17 28.12.2024
Siyasət
426
“Bu ili tariximizin ən şərəfli və uğurlu illərindən sayılır. Ümumiyyətlə, 2024-cü il Azərbaycan üçün müstəqillik illərinin ən uğurlu illərindən biri kimi qeyd olunmalıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında AĞ Partiya funksioneri, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
O, qeyd edib ki, ilin sonunda təyyarə qəzası kimi faciə yaşadıq:

“Amma bu, bu ildəki tarixi uğurlarımızı bir an da kölgəyə salmamalıdır. 2020-ci ildə biz necə mümkünsüz görünən Qarabağ münaqişəsini həll etdiksə, bu il də mümkünsüz görünən bəzi məsələləri həll olundu. Əvvəlcə rus qoşunlarını ərazilərimizdən çıxardıq, ardınca da Qazaxın 4 kəndini geri qaytardıq. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirildi. Bir güllə atmadan tarixi torpaqları geri qaytarmaq bir ölkənin xarici siyasətininin nə qədər yüksək və uğurlu olduğunun göstəricisidir. Burada təbii ki, xalqımızın qəhrəmanlığını və milli məsələlərdəki birliyini, qətiyyətini də xüsusi vurğulamalıyıq. 2023-cü il 19-20 sentyabrdakı antiterror əməliyyatı ilə möcüzəyə bərabər bir şəkildə azad etdiyimiz Xankəndi uğurunun da birbaşa memarı Azərbaycan prezidentidir. Əvvəl biz o yerləri yuxumuzda görürdük. İndi o yerlərdə Azərbaycan insanının ayaq səsləri eşidilir. Bunlar İlham Əliyev qətiyyəti sayəsində reallaşıb. Biz müxalifət partiyasıyıq, amma milli məsələlərdə İlham Əliyevin siyasətini tam şəkildə dəstəkləyirik, hər zaman da bu siyasətdə onun yanında olduğumuzu bəyan etmişik".
Partiya funksioneri Ermənistan tərəfdə hələ də qalan Azərbaycan kəndlərinin da tez bir zamanda azad olunacağına ümidlidir:
"İlham Əliyev düşməndə bir qarış torpağımızın belə qalmayacağını dəfələrlə bəyan edib. Artıq dünyada onun bu qətiyyəti ilə hər kəs hesablaşır.
İndi düşməndə qalıb 4 kəndimiz- Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi. Tezliklə o kəndlər də qaytarılacaq. Buna əmin ola bilərik. Çünki, Ali Baş Komandan torpaq məsələsində qətiyyətli və güzəştsizdir. Milli məsələlərdə biz ona sonuna qədər inanmalıyıq və xalq olaraq dəstək verməliyik. Bu fikirlərimə görə bəlkə də bəzi fürsətcilər iş başına keçəcəklər. Qoyun keçsinlər. Biz doğru məsələlərdə, xüsusilə milli məsələlərdə doğrunun və qətiyyətin, iradənin yanındayıq. Son 4 ildə ancaq milli məsələlərdə uğur qazanırıq. Üzümüzə gələn ilə də buna inanaq. Artıq 2025-ci ili Azərbaycan prezidenti Konstitusiya və Suverenlik ili elan etdi. Bu da suverenlik məsələsində Azərbaycanın bu il də nə qədər hədəflərinin olduğunu göstərir. Bu hədəflərin içərisində isə, Ermənistanda qalan 4 kəndimizin azad olunması və Qərbi Azərbaycana qayıdış məsələsinin reallaşması mütləqdir. İnşallah, o hədəflərimizin hər biri real olacaq".
Xəbər lenti
Hamısına bax
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
10:24 07.07.2026
İnfrastruktur
Səhiyyə nazirinə yeni müavin təyin edildi
10:17 07.07.2026
Sağlamlıq
Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olundu
10:03 07.07.2026
Ölkə
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:42 07.07.2026
Ekologiya
Azərbaycan nefti bahalaşıb
09:31 07.07.2026
İqtisadiyyat