
İran Azərbaycan və Türkiyə "qapılarını açır" – Səhvini anlayıb!
Yusif Nəzərli
15:53 21.12.2021
Siyasət
495
“Son zamanlar rəsmi Tehran “3+3 formatı”nı, Zəngəzur dəhlizinin açılması məsələsini dəstəklədiyini bildirir”
“Bu, dövlətlər arasında əməkdaşlıqla bağlı razılaşmaların olduğunu göstərir”
Xəbər verdiyimiz kimi,19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən iclası çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Dövlətlər arasındakı əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sonda C.Bayramov iranlı həmkarını Bakıya səfərə dəvət edib.Xatırladaq ki,dekabrın 20-də keçirilən həftəlik brifinqdə İran XİN sözçüsü Səid Xəttabi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyini söyləyib. O bildirib ki, hazırda görüş üçün hazırlıq işləri görülür. Maraqlıdır, son dönəm rəsmi Tehranın Azərbaycan və Türkiyəyə “isti münasibəti”nin əsas səbəblər nələrdir və bu dövlətlər arasındakı mövcud münasibətlər perpektivdə nələr vəd edir?

Bir müddət öncə İranın rəsmisinin Bakı ilə münasibətlərdə yaratdığı gərginliyi xatırladan politoloq Sədrəddin Soltan “Sherg.az”a deyib ki, bu gərginlik hərbi hədələrə qədər yüksəldi:
“Bəziləri ehtiaml edirdilər ki, Azərbaycanla İran arasında hansısa hərbi toqquşma baş verəcək.Bunların hamısı kimlərinsə baş tutmayan arzusu idi.İndi İran çalışır ki, hansısa təhdidlərlə özünün Azərbaycana qarşı atdığı o yanlış addımları ört- basdır etsin. Məsəl üçün, Azərbaycan ərazisində ermənilər tərəfindən fəaliyyət göstərən şirkətləri Qafan-Gorus yolu ilə qanunsuz hərəkətlər və s. bu qəbildəndir”.
Politoloq rəsmi Tehranın axır ki, qonşu dövlətlərlə arasındakı münasibətlərdə ən yaxşı yolun qarşılıqlı əməkdaşlıqdan keçdiyini başa düşdüyünü söyləyib:
“Beləcə onun qonşu dövlətlərlə dialoqları başladı.Türkmənistan qazının tranzit yolu ilə Azərbaycana burdan da İranın beş əyalətinə ötürülməsi də həmin dialoqların nəticəsidir. Son zamanlar rəsmi Tehran “3+3 formatı”nı, Zəngəzur dəhlizinin açılması məsələsini dəstəklədiyini bildirir. Bu, dövlətlər arasında əməkdaşlıqla bağlı razılaşmaların olduğunu göstərir”.
S.Soltan İran XİN başçısının ölkəmizə edəcəyi səfərə toxunaraq burda başlıca müzakirə mövzusunun perspektiv əməkdaşlıq məsələləri olacağını deyib:
“Hətta ola bilər ki, o çox böyük ehtimalla Cənub–Şimal dəhlizinin sınağ açılışında iştirak etsin. Bu xətt Hindistandan başlayaraq körfəzə, ordan İrana, daha sonra Azərbaycana, burdan da Rusiya ərazisinə qədər uzanır.Yol isə İrandan Azərbaycana Gürcüstana Qara dənizə və Avropaya gedir. Bütün hallarda İran XİN başçısının ölkəmizə səfəri hər iki dövlətin qarşılıqlı əməkdaşlığı üçün fürsətdir”.
Politoloq eyni zamanda Türkiyə prezidentinin İrana planlaşdırılan səfərinə diqqət çəkib:
“Bu səfərdə iki ölkə arasında böyük müqavilələrin imzalanacağı gözlənilir. Ola bilsin həmin məsələlərdə Azərbaycana aid hansısa detallar da var. Səfər proqramı açıqlanmayıb, amma məlumdur ki, bu rəsmi yox işgüzar səfərdir. Bütün hallarda əməkdaşlıq üçün nazirlik nümayəndələrinin, dövlət rəsmilərinin belə səfərləri ölkələr arasındakı münasibətlərin normallaşmasına şərait yaradır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou