Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rami Kitabxanasında keçirilən AileFest festivalını ziyarət edib.
Sherg.az xəbər verir ki, Ərdoğan “Ailə və Əhali Onilliyi” çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.
Festival ərazisini gəzən prezident iştirakçılar və uşaqlarla söhbət edib, bəzi vətəndaşlarla foto çəkdirib və uşaqlara cib xərcliyi verib.
Ərdoğana tədbirlə bağlı görülən işlər barədə məlumat verilib. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy prezidentə müfəssir və şair İsmayıl Haqqı Bursəvinin yazdığı Quran təfsirini hədiyyə edib.
Sentyabrın 26-da başlayan və müxtəlif tədbirlərin keçirildiyi AileFest oktyabrın 6-da başa çatacaq.