“İran bizimlə diqtə dilində danışa bilməz”
Yusif Nəzərli
09:40 08.04.2023
Siyasət
663
“Azərbaycanın İsraildə səfirliyinin rəsmi olaraq fəaliyyətə başlaması iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açır. Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü olaraq, hesab edirəm ki, İsraildə səfirliyimizin açılması dövlətimizin xarici siyasətində vacib addımlardan biri oldu”.
Bunu APA-ya açıqlamasında deputat, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü Fatma Yıldırım deyib.
“Təəssüf ki, xeyli müddətdir, Azərbaycana qeyri dost münasibət sərgiləyən cənub qonşumuz İran İsraildə səfirliyimizin açılmasına aqressiv münasibət nümayiş etdirir. Bununla bağlı İran parlamentinin qəbul etdiyi bəyanat nə beynəlxalq hüquq normalarına, nə sağlam məntiqə sığır. İranlı həmkarlarımız anlamalıdır ki, hansısa ölkədə səfirlik açmaq müstəqil dövlət kimi Azərbaycanın suveren hüququdur. Biz bunu heç kimlə məsləhətləşməli deyilik, nə də ki kimlərinsə diqtəsi ilə hərəkət etmirik”, - deputat qeyd edib.
Fatma Yıldırım bildirib ki, İran parlamentinin bəyanatında məsələni dini kontekstə yönəldib müsəlman ölkələrinin Azərbaycanla münasibətlərinə xələl gətirmək niyyəti görünür ki, bu da yolverilməzdir: “İran parlamentinin üzvləri həqiqətən İslam təəssübkeşidirsə, o zaman niyə 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına kəskin etiraz bildirmirdi? Niyə Ermənistana qarşı bəyanatlar qəbul etmirdilər? İşğal altında qalan torpaqlarımızda məscidlərimiz dağıdılanda, murdarlananda nə üçün susurdular? Əksinə, həmin dövrdə rəsmi Tehran Ermənistanla əlaqələri genişləndirmək yolu tutdu. Bizə əsl dost ölkələr isə İrandan fərqli olaraq bütün bunlara görə Ermənistanla diplomatik əlaqələri kəsmişdi. Hazırkı proseslər İranın Azərbaycanı vaxtilə dost ölkə adlandırmasının nə qədər saxta olduğunu aşkara çıxardı.
Biz İranın gerçək simasını 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra gördük. Tehran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq zəfərini, ərazi bütövlüyü bərpa etməsini həzm edə bilmir, Azərbaycanın güclənməsindən ciddi narahat olur. Bir müsəlman dövləti kimi Azərbaycanın qələbəsinə sevinmək əvəzinə, 44 günlük müharibədən sonra bölgədəki proseslərdə Ermənistanın vəkili kimi çıxış edir. Hətta İranın rəsmi şəxsləri tərəfindən Ermənistan ərazisindən Azərbaycana hədə dolu bəyanatlar səsləndirilir. Dövlət sərhədində hərbi təlimlərin keçirilməsi, Qafanda tələm-tələsik konsulluğun açılması da rəsmi Tehranın ölkəmizə qarşı təhdididir”.
Deputat xatırladıb ki, İran parlamentinin məlum bəyanatında da ölkəmizə qarşı təhdid dolu fikirlər yer alır, İsraildə səfirliyimizin açılmasının bizim üçün mənfi nəticələrinin olacağı bildirilir: “Bütün bunlar yolverilməzdir. Biz İran parlamentinin üzvlərini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırırıq. Azərbaycan müstəqil, güclü dövlətdir və İran bizimlə diqtə dilində danışa bilməz! Yaxşı olar ki, iranlı deputatlar bu ölkədə yaşayan milyonlarla azərbaycanlının fundamental hüquqlarının pozulmasına diqqət yetirsin, onların hüquqlarının qanun çərçivəsində qorunmasına çalışsınlar. Eyni zamanda, düşünürəm ki, məqsədəuyğun olarsa, İran rejiminin, onun parlamentinin ölkəmizə qarşı aqressiv davranışları barədə beynəlxalq ictimaiyyət, müvafiq təşkilatlar məlumatlandırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm