“Birincisi, Türkiyə, Pakistan, İsrail, Ukrayna və s. kimi Azərbaycanın haqq işinə dəstək verənlər. İkincisi, Ermənistanın terrorçu və aqqressiv niyyətlərinə dəstəkləyənlət- Fələstin, Suriya, Yunan Kipri, Yunanıstan, Fransa, Rusiya...Üçüncüsü, özünü tam şəkildə bitərəf göstərən dövlətlər.
İran "saman altdan siyasət yeridir" - “Gizlənə bilmədilər” - Faktlarla ifşa
Banuçiçək Kalbalıyeva
08:48 05.08.2021
Siyasət
802
“İkinci Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə Azərbaycanın qazandığı parlaq qələbəyə görə həm region dövlətləri, həm də regionda marağı olan dövlətlər Qarabağ münaqişəsi ilə bağlı məkrli niyyətlərini gizlətməyi bacarmadılar. Bu münaqişədə tərəflər nəzəri olaraq dörd qrupa bölmək olar”.
Bu sözləri siyasi analitik Samir Hümbətov deyib.
O, həmin qrupları “Sherg.az”a açıqlamasında sadaladı:
“Birincisi, Türkiyə, Pakistan, İsrail, Ukrayna və s. kimi Azərbaycanın haqq işinə dəstək verənlər. İkincisi, Ermənistanın terrorçu və aqqressiv niyyətlərinə dəstəkləyənlət- Fələstin, Suriya, Yunan Kipri, Yunanıstan, Fransa, Rusiya...Üçüncüsü, özünü tam şəkildə bitərəf göstərən dövlətlər.
Bunlar həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edən Belarusiya, Qazaxıstan və başqalarıdır. Nəhayət, ABŞ, İran kimi sözdə özünü bitərəf göstərib, əslində düşmənə dəstək verənlər.
Xarici siyasətini müəyyən etmək hər ölkənin təbii və suveren haqqıdır, amma İran kimi addım atmaq və ikibaşlı siyasət aparmaq həm dövlətin varlığına təhlükə yaradır, həm də region və qonşu dövlətlərlə münasibətlərə ciddi zərər vurmuş olur. Son günlər İranın atdığı addımlar bunları deməyə əsas verir”.
O, rəsmi Tehranın faktlarla ifşa etdi:
“ABŞ-ın Ermənistandakı səfiri Lin Treysidən sonra İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri də Qeqarkunikə səfər etməsi İran-Ermənistan əlaqələrini açıq şəkildə göstərməklə yanaşı, sözün mənfi mənasıda İran-Azərbaycan əlaqələrinə ciddi təsir edən amillərdən oldu. Sözsüz ki, bu İranın atdığı ilk addım deyil. Heç son addım da olduğunu düşünmürəm.
İranın atdığı addımların arxasında regionda nüfuzunu qorumaq, Türkiyə-Azərbaycan birliyinin inkişaf etməsini ləngitmək, bölgədə kənar dövlətlərin varlığına icazə verməmək, Ermənistan vasitəsi ilə Azərbaycana təsir göstərmək kimi ambisiyalar dayanır. Görünən odur ki, atılan addımların arxasında siyasi məqsəd var. Hətta din qardaşlığı ifadəsinin arxasında gizlənmək olsa belə.
İranın siyasi hədəf arxasında regionda özünü təsdiq etmək dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm